Atası xalq düşməni kimi güllələndi, dostu əsərini oğurladı Xalq rəssamından Maraqlı Faktlar

Mədəniyyət 10:30 29.11.2022

Bu gün Xalq rəssamı Tahir Salahovun anım günüdür.

Ednews mərhum sənətkar haqqında faktları təqdim edir.

Tahir Salahov 1928-ci il noyabr ayının 29-da Bakı şəhərində anadan olub.

1937-ci ildə atası Teymur Salahov Laçın rayonun birinci katibi vəzifəsinə təyin olunub. Elə həmin il sentyabrın 29-da bolşeviklər tərəfindən şərlənərək həbs olunan Teymur Salahov xalq düşməni kimi güllələnib.

***

Çətin uşaqlıq dövrü keçirən Tahir Salahov gənc yaşlarından afişalar, asfalt üzərində rəsmlər çəkərək ailəsini dolandırmaqda anasına kömək edib.

Moskvanın və Leninqradın Ali rəssamlıq məktəblərinə daxil olmaq üçün imtahan verib uğurlu nəticə əldə etsə də atasına görə hər iki universitetdən kəsiblər.

***

N.S Xuruşovun qəzəbinə tuş gələn rus rəssamı Pavel Nikonov “Geoloqlar" tablosunu məhv etmək istəyərkən Tahir Salahov onu fikrindən daşındırır, əsəri götürüb Bakıya gətirib. Xuruşşovun hakimiyyəti sona çatandan sonra rəssamı Azərbaycana dəvət edir və tablonu ona hədiyyə edib.

Uzun müddət Moskvada yaşayıb ailəsi ilə Bakıya köçən Tahir Salahovun üzləşdiyi mənzil problemini Səttar Bəhlulzadə həll edib. Səttar yeni inşa olunan “Rəssamlar evi”ndə ona ayrılan ikiotaqlı evi gənc həmkarına bağışlayıb.

***

Mətbuatın yazdığına görə, doğma bacısı, Miniatür Kitab Muzeyinin direktoru Zərifə Salahova ilə küsülü olublar.

Keçmiş şəxsi assistenti və yaxın dostu Mayk Xoukmen rəssamın əsərlərini oğurlayıb. 2018-ci ildə rəssamın qızı Aydan Salahova onun oğurlanmış əsərini lombardda tapıb.

***

İki dəfə rəsmi nikaha girib. İlk dəfə Özbəkistanın xalq artisti, məşhur rəqqasənin qızı Vansetta Qarayaqubova ilə ailə həyatı qurub. Bu evlilikdən onların Aydan, Alagöz və Lara adlı 3 qızı dünyaya gəlib.

İkinci dəfə İ Moiseyev adına Rəqs ansamblının solisti, əslən gürcü çar nəsli Baqrationlardan olan Varvara Salahova ilə ailə həyatı quran Tahir Salahovun bu evlilikdən İvan Salahov adlı oğlu dünyaya gəlib.

***

Rəssamın qızları Alagöz Salahova və Aydan Salahova ataları kimi rəssamdır. Aydan əvvəl bioloq olmaq istəyirmiş, o, atasının təkidi ilə bu sahəni seçir. Alagöz Salahovanın Moskvada “Alagöz” adlı prodüser mərkəzi fəaliyyət göstərir. Aydan Salahova isə bir neçə il bundan əvvəl çılpaq fotoları ilə gündəm olmuşdu.

***

Tahir Salahovun oğlu İvan Salahov da yaradıcılıq sahəsində çalışır o, bərpaçı rəngkardır.

Dünya şöhrətli fransız modelyer Pyer Kardin onun haqqında deyib: “Tahir Salahovun yaradıcılığı sehrli qüvvəyə malikdir. Onun əsərləri rəngarəng və realistdir”.

***

Tahir Salahov müsahibələrinin birində qeyd edir ki, atam işdən gələndən sonra masanın üzərinə bir manat qoyub bizə son dövrlərdə çıxan filmlərdən rəsmlər çəkməyi tapşırır, özü yatmağa gedirdi. Biz üç qardaş iki, üç saat rəsmlər çəkirdik. Bir-birimizin bəhsinə ən yaxşı rəsmi çəkməyə çalışırdıq. Ən yaxşı şəkil çəkən pulu qazanırdı.

***

Xalq rəssamı 21 may 2021-ci ildə 92 yaşında Almaniyada vəfat edib.

Oğuz Ayvaz 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı