59 nömrənin lənəti, göz rəngi dəyişən Azərbaycanın böyük şairi Maraqlı faktlar

Mədəniyyət 14:20 05.12.2022

Bu gün Azərbaycanın görkəmli şairi Hüseyn Cavidin anım günüdür.

Ednews mərhum şair haqda maraqlı faktı təqdim edir:

- Hüseyn Cavid 24 oktyabr 1882-ci ildə Naxçıvan şəhərində ruhani ailəsində anadan olub. Atası Abdulla 1877-ci ildə Naxçıvana Şahtaxtı kəndindən gəlib.

- Hüseyn Cavid beş il Naxçıvanda molla məktəbində ibtidai təhsil aldıqdan sonra orta təhsilini Qurbanəli Şərifovun məsləhəti ilə atasından gizlin Məhəmməd Tağı Sidqinin "Məktəbi-tərbiyə" adlı yeni üsullu məktəbində almışdır. 1899–1903-cü illərdə Cənubi Azərbaycanda qardaşının yanında olmuş, Təbrizin "Talibiyyə" mədrəsəsində təhsilini davam etdirmişdir. O burada ərəb və fars dillərinə yiyələnmişdir.

- Onun həyatında 59 rəqəmi dəfələrlə təkrarlanıb: 59 yaşında vəfat edib, ölümü 59 nömrəli aktla sənədləşdirilib, Bakıda 59 nömrəli evindən zorla çıxarılıb, Sibirdə 59 nömrəli məzarda dəfn olunub.

- Cavid əfəndi çox həssas, qayğıkeş, mülayim, xoşrəftar olub. O, təxminən gecə saat üçə qədər işlədikdən sonra bir qədər yatar, dan ağarmamış oyanıb səhər saat 7-yə qədər işləyərdi. Səhər süfrəni hazırlayar, övladlarını məktəbə yola salardı. Həyat yoldaşının səhər tezdən oyanmasına razı olmazdı.

- Görkəmli şair Abdulla Şaiq “Xatirələrim” adlı kitabçasında Cavidin yaxşı səsinin olduğunu və alvеr etməyi bacardığını desə də, həyat yoldaşı Mişkinaz Cavid bunu təkzib edib:

“Cavidin nə yaxşı səsi vardı, nə də alvеr еtməyi bacarardı. Bir nеçə dəfə bazarlıq еtməyə gеtdi, bacarmadı”.

- H.Cavidin gözlərinin rəngi qonur idi, amma ömrünün son illərinə yaxın rəngi dəyişmişdi. Qızı Turan Cavidin sözlərinə görə, atasının gözləri uşaqlıqdan zəif olub və o, müalicə üçün hətta Almaniyaya da gedib.

- H.Cavid “Zolotoye runo” tütünündən istifadə edirdi. Tütün istifadə edirdi ki, yazı prosesində tənbəki bükməyə vaxt sərf etməsin və papirosu azaltsın.

- Cavidə böyük sevgi var idi. İnsanlar onu küçədə, bulvarda görəndə ayaq saxlayıb izləyərdilər.

- SSRİ məkanında bir şair kimi ilk dəfə Hüseyn Cavidin nəşi başqa məkandan (Sibirdən) Vətənə gətirilib.

- H.Cavid həbs olunan zaman evindən cəmi 6 manat kağız, 18 ədəd gümüş pul tapılıb.

- H.Cavidin ev muzeyində bir masa var. Cavid Əfəndinin yazı stoludur. Mənası, anlamı isə dərindir. 4 iyun 1937-ci ildə H.Cavidin evində axtarış aparırlar. Hər yerə baxırlar, yalnız ordan - yazı masasının siyirməsindən başqa.

Stolun üstə süfrə olduğu üçün siyirmələri görmürlər. Cavid əfəndi isə müxtəlif qaralamalarını həmin siyirmələrə yığırmış. Beləliklə, əlyazmaları, “Azər” poemasının bir hissəsi cəlladların əlindən sağ qurtulur. Onları sonralar Turan xanım Cavid tapır.   

Oğuz Ayvaz 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı