İlhamə Quliyevlə məhkəməlik olan, cavan yaşda oğlunu itirən Xalq artistimiz Maraqlı faktlar

Mədəniyyət 12:10 23.12.2022

Bu gün müğənni, Xalq artisti Nazpəri Dostəliyevanın doğum günüdür. Ednews sənətçi haqqında maraqlı faktları təqdim edir.

Nəzpəri Dostəliyeva 1959-cu il dekabrın 23-də Bakıda doğulub. Efirlərdə ilk dəfə 1996-cı ildən etibarən görünməyə başlayıb. İlk uğurlu ifası "Nə olar, Allahım, ayırma bizi" mahnısı olub.

 

1998-ci ildən Azərbaycan Dövlət Teleradio Şirkətinin solistidir. 25 disk və 3 albomu çıxıb. 1999-cu ildən bəstəkar-aranjemançı Siyavuş Kərimi ilə işləyib.

***

2001-ci ildə isə Norveçin Oslo şəhərində və Skruk xoru ilə Norveçin bir çox şəhərlərində konsert proqramı ilə çıxış edib. Nordkap adasında keçirilən festivalda 1-ci yerə layiq görülüb. 2002-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetini bitirib.

Fransa, Almaniya, Niderland, Norveç, Türkiyədə 2015-ci ildə Lütfü Kırdar adına böyük konsert salonunda solo konsertdə çıxış edib. Kiprdə çıxışları ilə yadda qalıb.

***

Nazpəri Dostəliyeva “Mənim göz yaşımı görməyəcəksən”, “Dilbərim”, “Bağışla ana”, “Unut kədərini, qəmini unut” kimi yaddaqalan mahnılar ifa edib. Bu mahnılar həm də ona böyük populyarlıq qazandırıb.

Nazpəri xanım bir dəfə Nəriman adlı bəylə ailə həyatı qurub. Sonradan bu evliliyə son qoyan müğənninin həmin evlilikdən Əli və Əkbər adlı iki oğlu dünyaya gəlib. Müğənni bu barədə suallara belə cavab verib:

”Mənim qız toyum üç gün, üç gecə davam edib. O vaxtı Şövkət Məmmədova toyumda iştirak edib. Amma yoldaşımı sevməmişəm, uşaqlarıma görə ona həmişə hörmətlə yanaşmışam. Qadın üçün təkbaşına iki oğlan övladı böyütmək çox çətindir. Neçə il mən övladlarımı tək böyütdüm. Ataları bir dəfə olsun maraqlanmadı onlarla. Yadıma gəlir, övladlarım çox kiçik idi, qapını bağlayıb işə gedirdim. Ordan çıxıb qaçırdım canlı efirə. Efirdən çıxıb səsyazma studiyasına gedirdim. Studiyadan qaçırdım toylara. Maşınım da yox idi. Səhərə yaxın piyada qayıdırdım evə. Görürdüm, uşaqlar özləri bir şeylər hazırlayıb yeyiblər. Balaca oğlum başını böyük qardaşının dizinə qoyub yatıb. Oturub hönkür-hönkür ağlayırdım. Dəfələrlə olub ki, uşaqlar qapını bağlayıb yatıblar. Oyatmağa qıymamışam. Qapı arxasında pilləkənlərin üstündə oturaqlı yatmışam”.

2017-ci ilin yay ayında bir qrup cinayətkar Nazpəri Dostəliyevanın evindən seyf oğurlayıblar. Seyfdə müğənninin zinət əşyaları və müəyyən miqdarda pulu olub. Hüquq-mühafizə orqanları əməkdaşları araşdırma zamanı oğrular pulun və zinət əşyalarının ancaq bir hissəsini qaytara biliblər. Əməliyyatçılar müğənninin seyfini isə Sumqayıtın 76-cı kvartalının ərazisindən axan su kanalının dibində aşkar ediblər.

***

Bir neçə il əvvəl isə özünü Nazpəri Dostəliyevanın qardaşı qızı kimi təqdim edən və atasının təcavüzünə məruz qaldığını bildirən Pərvanə Dostəliyeva ilə bağlı qalmaqalda müğənninin adı hallansa da, Nazpəri xanım bu barədə mətbuata belə açıqlama verib:

"Bir Xalq artisti olaraq hər zaman ayağımdan dartmağa çalışanlar çox olub. Bu böhtanların üstündən hər zaman səbirlə keçmişəm və susmuşam. Videosu yayılan bu sərxoş qadın guya mənim qardaşım qızıdır və məni şantaj edir. Qardaşım Ağaların rəsmi nikahdan iki oğlu var. Qardaşımın gəncliyində ətrafında qızlar çox olub. Bu qız da, yəqin, qeyri-qanuni dünyaya gələn biridir. Çox təəssüf edirəm ki, qardaşımın gənclik səhvinə görə bu gün mən şantaj olunuram. Onun məni şantaj etməyinin səbəbi də bu qızın anasını və özünü qəbul etməməyim və yaxınıma buraxmamağımdır. Mən heç vaxt o qızı qəbul etməmişəm və etməyəcəm də. Ağlı başında olan bir qadın belə sözlər danışmaz. Onun danışdıqları cəfəngiyatdır. Ona görə də, onun sözlərini ciddiyə almıram".

2018-ci ildə Nazpəri Dostəliyeva "İncəsənətin nəzəriyyəsi, təhlili və tənqidi" ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

***

Nazpəri Dostəliyevanın atası da musiqi adamı olub. Saz havalarının mahir ifaçısı hesab olunub. Nazpəri xanımın uzun illər səhnəyə çıxmamasına səbəb qardaşı olub. Atasından danışan Xalq artisti onun yaşından cavan göründüyünü də vurğulayıb.

"Atamla yan-yana gəzəndə onu sevgilim zənn edirdilər. Bir dəfə Moskvada atamla gəzirdik. Bir qadın yaxınlaşdı, mənə dedi ki, sənin nə yaraşıqlı sevgilin var. Dedim ki, o, mənim atamdır, sevgilim deyil".

***

Nazpəri Dostəliyeva uzun illər müğənni bacısı Zeynəb Dostəliyeva ilə küsülü olub. Hətta Zeynəb xanımın efirlərdə səsləndirdiyi fikirlərə görə, bacısı xeyli müddət onun efirlərə buraxılmasına imkan verməyib. Lakin sonradan onlar arasındakı küsülülük sona çatıb.

2021-ci il, martın 23-də gözlənilmədən sənətçinin böyük oğlu Əli Quliyev 41 yaşında vəfat edir. Müğənni oğlunun ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirir. 1980-ci il təvəllüdlü Əli Quliyev bir neçə il öncə sevdiyi Nərmin adlı xanımla ailə həyatı qurmuşdu. Həmin nikahdan onların Tamerlan adlı oğulları var.

Nazpəri xanım zaman-zaman öz həmkarları ilə də qalmaqal yaşayıb. Bunlardan ən səs-küylüsü İlhamə Quliyeva ilə olan qalmaqal olub. Aralarındakı münasibət o qədər gərginləşib ki, İlhamə Quliyeva Nazpəri xanıma efirlərə çıxmağa qadağa qoyub. İki sənət adamının işi məhkəməlik olduğundan Nazpəri Dostəliyeva İlhamə Quliyevaya 25 min manat təzminat da ödəyib. İlhamə xanım dünyasını dəyişəndən sonra Nazpəri Dostəliyeva müsahibələrinin birində deyir:

"Heç kim elə düşünməsin ki, mən bu hala sevinirəm. Nə qədər düşmən olsaq da, ölüm ölümdür. Mən təəssüflənirəm ki, o belə bir həyat yaşadı. Bu gün bilsin ki, onun ölümünə sevinənlər var. Heç kimə belə bir ölüm arzulamazdım. O, dəfələrlə mənim yuxularıma girib, Nazpəri, mənə halallıq ver deyib. Mən də təbii ki, halallıq vermişəm”.

Oğuz Ayvaz 

Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO

Xəbər xətti

Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib
22:53 08.05.2024
Hikmət Hacıyev və BMT Baş katibinin köməkçisi iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyəti müzakirə edib
22:46 08.05.2024
İsrailli diplomat: Azərbaycanda yəhudilərin azadlıq və bərabərliyini görmək ürəkaçandır
22:43 08.05.2024
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
22:32 08.05.2024
Türkiyə səfiri Rəsulzadə adına liseyin şagirdlərini qəbul edib
22:22 08.05.2024
Paşinyan AİB-ni birlik ölkələrinin milli maraqlarını nəzərə almağa çağırıb
22:00 08.05.2024
Aİ səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirə edilməsi barədə qərar qəbul edib
21:44 08.05.2024
Ermənistanın Ombudsman Aparatı İrəvandakı mitinqlə əlaqədar fövqəladə rejimdə işləyəcək
21:20 08.05.2024
“Le Figaro”: Azərbaycan-Ermənistan sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər
21:10 08.05.2024
Hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxsin məhkəməsi başlayır
21:00 08.05.2024
Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb - FAKTİKİ HAVA
20:50 08.05.2024
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırıldı - SƏBƏB
20:40 08.05.2024
Ərdoğan: Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır
20:32 08.05.2024
Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
20:24 08.05.2024
Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb
20:20 08.05.2024
ABŞ-nin Ermənistandakı səfiri İrəvanla Bakı arasında razılaşmanı dəstəkləyib
20:11 08.05.2024
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
20:00 08.05.2024
Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər
19:50 08.05.2024
Ceyhun Bayramov İsrail diplomatı ilə post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə danışıb
19:47 08.05.2024
Türkiyə-Azərbaycan biznes forumu başlayıb
19:30 08.05.2024
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
19:15 08.05.2024
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır
19:00 08.05.2024
ASK və Bolqarıstan Sənaye Kapitalı Assosiasiyası Anlaşma Memorandumu imzalayıb
18:36 08.05.2024
MDB ölkələrinin səfirləri Bakıda “Qardaşlıq məzarlığı” Memorial kompleksi önünə gül dəstələri qoyub
18:24 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
18:17 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul etdi
17:45 08.05.2024
İlham Əliyev İsmail Serageldini təltif etdi
17:32 08.05.2024
XƏBƏRDARLIQ: Dolu düşəcək, bəzi ərazilərə sulu qar yağacaq
17:10 08.05.2024
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
17:03 08.05.2024
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
17:00 08.05.2024
Bolqarıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı
16:49 08.05.2024
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
16:39 08.05.2024
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
16:35 08.05.2024
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
16:25 08.05.2024
İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ
İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ
16:20 08.05.2024
Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
16:10 08.05.2024
Moskva Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Almatı görüşünü ALQIŞLAYIR
16:00 08.05.2024
Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr olub
15:50 08.05.2024
Bolqarıstan Prezidentinin şərəfinə rəsmi nahar verildi
15:42 08.05.2024
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub
15:04 08.05.2024
Hamısı