50 dərəcə istidə mahnı oxudu, Yaponiyada konsert verən ilk azərbaycanlı oldu Maraqlı faktlar

Mədəniyyət 11:05 28.12.2022

Bu gün SSRİ Xalq artisti Zeynəb Xanlarovanın doğum günüdür. Ednews bu münasibətlə Zeynəb xanımı təbrik edir və onun haqqında az bilinən faktları oxucuların diqqətinə çatdırır.

Zeynəb Xanlarova 28 dekabr 1936-cı ildə Bakının məşhur Dağlı məhəlləsində anadan olub. Yasamal rayonundakı Cəfər Cabbarlı adına 161 saylı orta məktəbdə təhsil alıb. O, 1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib. 1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb.

Bakıda keçirilən şəhər bədii özfəaliyyət kollektivlərinə baxış Zeynəb xanımın həyatına işıq saçır. Münsiflər heyətinin üzvləri olan – Əfrasiyab Bədəlbəyli, Cahangir Cahangirov, Qəmbər Hüseynli və s. qarşısında “Azərbaycan maralı” xalq mahnısı ilə çıxış edən Zeynəbin ifası bəyənilir və o, özfəaliyyət həvəskarlarının yekun konsertinə vəsiqə alır. Dövlət Filarmoniyasında baş tutan konsertdə 1-cilik qazanır. Əfrasiyab Bədəlbəylinin təkidi ilə Zeynəb xanım mötəbər musiqi ocağının - Asəf Zeynallı adına Bakı Orta İxtisas Musiqi məktəbinin tələbəsi olur. Böyük vokal ustadı Seyid Şuşinskinin sinfində dərs alır.

***

Ü.Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm" operalarında Leyli və Əsli obrazlarını yaradıb. Repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, şərq xalqlarının mahnıları geniş yer tutur.

Z.Xanlarova Azərbaycanın qadın xanəndələri arasında "Çahargah" muğamının ilk ifaçılarından biridir.

***

Haqqında "Salam, Zeynəb!" adlı sənədli film çəkilib.

***

1975-ci ildə Azərbaycan SSR xalq artisti, 1978-ci ildə Ermənistan SSR xalq artisti, 1980-ci ildə SSRİ xalq artisti adını alıb. Azərbaycan SSR Dövlət mükafatı laureatıdır (1988).

***

Uzun illər Yeni il başlayan kimi dövlət televiziyası vasitəsi ilə ilk Zeynəb Xanlarovanın ifası verilirdi.

O, səhnəmizə hərəkətlilik və canlılıq gətirdi. Zeynəb xanıma qədər ifaçılar yerlərindən tərpənmədən oxuyurdular.

***

Az qala bütün mahnıları hitə çevrilib dildə-ağızda dolaşırdı. Bu günün özündə də Azərbaycanda ondan məşhur sənətkar yoxdur.

***

Zeynəb Xanlarova dünyanın ən böyük ölkəsi olan SSRİ-nin də ən tanınmış müğənnilərindən idi. Onu bütün dünyada, xüsusən SSRİ ilə dostluq münasibətində olan o zamankı sosialist ölkələrində yaxşı tanıyırdılar.

***

Yəməndə +50 dərəcə temperaturda açıq havada konsert verib. Əfqanıstanda isə tankların, pulemyotların müşayiəti ilə konsert keçirib. Əfqanıstanın o zamankı rəhbəri Nəcibulla tərəfindən ən yüksək dövlət ordeninə layiq görülüb

Keçmiş SSRİ-dən, eləcə də Azərbaycandan Yaponiyada konsert verən ilk müğənnidir.

***

Zeynəb Xanlarova dəhşətli Çernobıl faciəsi baş verən zaman konsertlərindən qazandığı gəlirlərdən ibarət böyük məbləği zərərçəkmişlərə bağışlayır və yardım siyahısında Azərbaycanın adı Zeynəb xanımın sayəsində öz layiqli yerini alır.

***

Azərbaycan SSR Ali Sovetinin (XI-XII çağırış) və Azərbaycan Respublikası Milli Məclisinin (I-IV çağırış) deputatı olub.

***

ABŞ-da ən çox konsert verən Azərbaycan müğənnilərindəndir. Bu ölkəyə ilk səfəri 1989-cu ildə baş tutan müğənni 2012-2015-ci illərdə ABŞ-da yenidən konsert proqramları ilə çıxış edib.

***

ABŞ-da konsert zamanı Zeynəb Xanlarova tamaşaçılara ilk səfərindən məzəli bir əhvalat danışır:

"1989-cu ildə Amerikaya qastrol səfərim zamanı ifa etdiyim mahnılardan biri də "Reyhan" idi. Əksəriyyəti Azərbaycan dilini başa düşməyən zal bu mahnını böyük rəğbətlə qarşıladı. Mən niyə məhz bu mahnıya belə reaksiya olduğuna təəccübləndim. Sonra tərcüməçimiz başa saldı ki, mahnınızın ABŞ Prezidenti Reyqanın haqqında olduğunu düşünürlər.”

***

Zeynəb Xanlarova Milli Məclisdə İranla viza rejiminin yaradılması təklifini qətiyyətlə rədd edən və oradakı soydaşlarımızın Azərbaycana rahatlıqla gəlib-getməsinin tərəfdarı olan şəxslərdəndir.

***

Milli Məclis fəaliyyəti zamanı bir çox vətəndaşlar tərəfindən “susan deputatlar” siyahısında sadalansa da, bir sıra qalmaqallı çıxışların müəllifidir. Dəniz kənarı hasarlar, müəllimlərin, həkimlərin maaşı, pensiya və s. sosial məsələlərdə bir neçə dəfə emosional çıxışlar edib.

***

1996-cı ilə “Şöhrət”, 2008-ci ildə “İstiqlal”, 2016-cı ildə "Heydər Əliyev" ordeninə layiq görülüb.

Oğuz Ayvaz

Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO

Xəbər xətti

9 May - Faşizm üzərində Qələbə günüdür
00:01 09.05.2024
Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib
23:55 08.05.2024
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
23:29 08.05.2024
Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib
22:53 08.05.2024
Hikmət Hacıyev və BMT Baş katibinin köməkçisi iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyəti müzakirə edib
22:46 08.05.2024
İsrailli diplomat: Azərbaycanda yəhudilərin azadlıq və bərabərliyini görmək ürəkaçandır
22:43 08.05.2024
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
22:32 08.05.2024
Türkiyə səfiri Rəsulzadə adına liseyin şagirdlərini qəbul edib
22:22 08.05.2024
Paşinyan AİB-ni birlik ölkələrinin milli maraqlarını nəzərə almağa çağırıb
22:00 08.05.2024
Aİ səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirə edilməsi barədə qərar qəbul edib
21:44 08.05.2024
Ermənistanın Ombudsman Aparatı İrəvandakı mitinqlə əlaqədar fövqəladə rejimdə işləyəcək
21:20 08.05.2024
“Le Figaro”: Azərbaycan-Ermənistan sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər
21:10 08.05.2024
Hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxsin məhkəməsi başlayır
21:00 08.05.2024
Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb - FAKTİKİ HAVA
20:50 08.05.2024
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırıldı - SƏBƏB
20:40 08.05.2024
Ərdoğan: Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır
20:32 08.05.2024
Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
20:24 08.05.2024
Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb
20:20 08.05.2024
ABŞ-nin Ermənistandakı səfiri İrəvanla Bakı arasında razılaşmanı dəstəkləyib
20:11 08.05.2024
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
20:00 08.05.2024
Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər
19:50 08.05.2024
Ceyhun Bayramov İsrail diplomatı ilə post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə danışıb
19:47 08.05.2024
Türkiyə-Azərbaycan biznes forumu başlayıb
19:30 08.05.2024
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
19:15 08.05.2024
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır
19:00 08.05.2024
ASK və Bolqarıstan Sənaye Kapitalı Assosiasiyası Anlaşma Memorandumu imzalayıb
18:36 08.05.2024
MDB ölkələrinin səfirləri Bakıda “Qardaşlıq məzarlığı” Memorial kompleksi önünə gül dəstələri qoyub
18:24 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
18:17 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul etdi
17:45 08.05.2024
İlham Əliyev İsmail Serageldini təltif etdi
17:32 08.05.2024
XƏBƏRDARLIQ: Dolu düşəcək, bəzi ərazilərə sulu qar yağacaq
17:10 08.05.2024
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
17:03 08.05.2024
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
17:00 08.05.2024
Bolqarıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı
16:49 08.05.2024
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
16:39 08.05.2024
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
16:35 08.05.2024
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
16:25 08.05.2024
İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ
İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ
16:20 08.05.2024
Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
16:10 08.05.2024
Moskva Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Almatı görüşünü ALQIŞLAYIR
16:00 08.05.2024
Hamısı