Müalicə olunmaq üçün evini satan, ölümü qızından gizlədilən "Toppuş bacı" Maraqlı faktlar

Mədəniyyət 13:30 24.01.2023

Xəbər verdiyimiz kimi, yanvarın 22-də Əməkdar artist Tünzalə Əliyeva vəfat edib. Ednews mərhum sənətçi haqqında maraqlı faktları təqdim edir.

Tünzalə Əliyeva 15 fevral 1973-cü ildə Gəncə şəhərində anadan olub. Atası fəhlə, anası isə tibb bacısı olub. Tünzalə 1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyorluğu" fakültəsinə qəbul olunub.

Ali məktəbi başa vurandan sonra bir müddət özəl teatrlarda sonra Gəncəyə qayıdıb bir müddət Gəncə Televiziyasında, sonra Kukla Teatrında, daha sonra da Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərib.

Tale elə gətirir ki, Gəncədən Bakıya gəlir və C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında işləyib. Bu teatrın səhnəsində "Müqəddəs Valentin günü", "Qısqanc ürəklər", "Pul hərisləri", "Ləyaqət", "Toros canavarı", "Poçt Şöbəsində xəyal", "O olmasın, bu olsun", "Dan yeri söküləndə" adlı tamaşalarda uğurlu rollar ifa edib.

***

Tünzalə Əliyeva kasıb ailədə böyüdüyünü hər zaman efirlərdə, dost tanış yanında səsləndirən sənət adamı olub. Müsahibələrinin birində ailəsindən söz açan aktrisa deyir:

“Mən fəhlə ailəsində böyümüşəm. Normal ailəmiz olub. Sovet dovründən müstəqilliyə keçəndə böhran bizim ailəyə də təsir etdi. Zavod bağlandı, atam işdən çıxdı. Mən instituta girdim. 1-ci kursda oxuyanda xəstəxanaya düşdüm. Atam yanıma gəlmişdi. Mənə dedi ki, çalışacam sənə yaxşı baxım. Ancaq səni yaxşı geyindirə bilməyəcəm. Atam 40 gün işləyib mənə plaş almışdı... Mən naşükür deyiləm. O vaxt çox xoşbəxt idim, özüm işləyib pul qazanırdım. Rəfiqəmlə un sexinə gedib un torbaları götürürdük, gətirib evdə yuyurduq. Birini 20 qəpikdən satırdıq. Qazandığım pulları banka qoymuşdum. Bank iflasa uğradı, pullarım batdı. 800 manat 8 qəpik oldu. Əsəbdən 1 ay xəstəxanada yatdım. Mən heç vaxt keçmişimi unutmuram”.

***

“Kişiləri qoruyun”, “Yoxlama”, “Qocalar”, “Bir ovuc torpaq”, “İstanbul reysi”, “Qayınana” filmlərinə, “3 bacı”, “Qız atası” seriallarına çəkilən Tünzalə Əliyeva 2007-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb.

 

***

2013-cü il iyun ayının 3-də aktrisa özündən xeyli cavan Röyal adlı bəylə ailə həyatı qurub. Bu evlilikdən onların bir qız övladı dünyaya gəlir. Ancaq sonralar ailə haqqında onların evliliyinin saxta olması barədə xəbərlər yayılır. Əslinə bu xəbərlərin yayılmasına səbəb aktrisanın verilişlərin birində “bu evlilik saxta idi, biz ayrılmışıq” sözlərini deməsi olur. Ancaq müğənninin həyat yoldaşı deyilənləri təkzib edərək açıqlama verir ki, “Xeyr, bu xəbər yalandır. Biz boşanmamışıq. Çox da xoşbəxt, firavan yaşayırıq. Siz sadəcə həmin verilişi izləyin, biləcəksiniz. Veriliş maraqlı alınsın deyə, anonsu elə yığıblar. Mən Tünzaləni sevirəm və biz boşanmamışıq”.

***

2018-ci ildə aktrisanın xərçəng xəstəliyinə tutulması barədə xəbərlər mediada yayılmağa başlayır. Bir neçə dəfə əməliyyat olunan aktrisanın xərçənglə mübarizəsi xeyli zaman alır. 60-dan çox kimyaterapiya etdirməyə məcbur olan aktrisanın saçları töükülür. Vəziyyət o həddə çatır ki, o, intihara da, cəhd edir. Bu barədə o, son müsahibələrinin birində deyir:

“Məni tanıyanlar bilir ki, uzun saç mənim üçün önəmli idi. Birdəfəlik kəsə bilmirdim. Yavaş-yavaş kəsdirdim. Xırda hörüklər etdirmişdim. Axşam yatıb, səhər oyananda hörüklərimdən biri yastığıma tökülmüşdü. Röyala dedim ki, belə dözə bilməyəcəm, birdəfəlik qırxaq.

***

Həkimə gedib-gəldim. Gördüm yoldaşım saçını keçəl qırxıb. Sonra mənim saçımı da qırxdı. Qızım Zəhra 3 gün depressiyaya düşdü. “Ana saçın hanı, ata saçın hanı?” deyirdi. Sonra məcbur yaylıq bağladım. Çox ağır dönəmlərdən keçdim. Bu yaxınlarda həkimə getdim, mənə dedi ki, sənə yaxşı xəbərim yoxdur. İndi də böyrək damarlarında törəmə var. Hər halımda dözürəm. Kimyaterapiyaların təsirindən çox zəif düşmüşdüm. 8-ci mərtəbədə yaşayırdım. Çıxıb sürahidən tutub öz-özümə deyirdim, atım, atmayım? Axırı Röyalı çağırırdım ki, gəl ayağımı aşağı sal. Çünki, o qədər gücsüz idim ki, ayağımı aşağı salmağa belə taqətim yox idi.

Dərindən nəfəs alırdım. Güclü olmaq lazımdır. Özümü ayaqda tutmağı bacarırdım”.

***

Müalicəsinin son dönəmlərində aktrisa dərmanlarını ala biımək üçün evini 70 minə satışa çıxaracağını bildirib. Ancaq səhhəti ağırlaşdığından, səsi batan aktrisa ömrünün sonunu yaxınlaşdığını hiss edir. O, ölümündən bir müddət əvvəl Gəncəyə gedərək ailə üzvləri və qohumları ilə vidalaşır.

22 yanvar 2023-cü ildə Milli Onkologiya Mərkəzində 49 yaşında dünyasını dəyişən aktrisa 23 yanvarda özünün son vəsiyyətinə əsasən “Qurd qapısı” məzarlığında dəfn olunub. Aktrisanın bacısının sözlərinə görə Tünzalə Əliyevanın ölümü onun azyaşlı qızından gizlədilib. 

Oğuz Ayvaz

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Gürcüstan hökuməti şantaj olunur
02:46 07.07.2025
Starmerin reytinqi aşağı düşüb
02:06 07.07.2025
Çin Aİ-dən Tibbi Texnika İdxalına Məhdudiyyət Tətbiq Etdi
01:38 07.07.2025
BRİCS Sammitindən İsrailə Sərt Mesaj: "Suriya Ərazisindən Geri Çəkil "
01:07 07.07.2025
Dünyanın sürəti artır
00:32 07.07.2025
Ermənistan Ukraynaya cavab verdi
23:59 06.07.2025
İsrail prezidenti girovların azad edilməsi üçün çətin qərarların qəbul edilməsini istisna etmir
23:26 06.07.2025
Şir zooparkdan qaçdı
22:58 06.07.2025
"Formula 1": Lando Norris Böyük Britaniya Qran-prisini qazandı
22:30 06.07.2025
Zelenski Rusiya və Ukrayna arasındakı əsir mübadiləsindən danışıb
22:00 06.07.2025
Tesla robot istehsalını sonlandırmağa qərar verdi
21:30 06.07.2025
Mask “Amerika” partiyasının qeydiyyatı üçün müraciət edib
21:00 06.07.2025
XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb
20:42 06.07.2025
Paşinyan "Hraparak"ı məhkəməyə şikayət edib
20:30 06.07.2025
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
20:20 06.07.2025
Zelenski Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar açıqladı
20:00 06.07.2025
Türkiyə Ordusunda faciə: 19 əsgər zəhərləndi, 5-i şəhid oldu
19:53 06.07.2025
Türkiyə ordusunun 5 hərbçisi şəhidlik zirvəsinə yüksəlib
19:30 06.07.2025
Pakistan Milli Assambleyasının sədri Azərbaycanda rəsmi səfərdədir
19:00 06.07.2025
Qaçış üzrə yeni rekord qırıldı
18:30 06.07.2025
İki şəhər arasında hava əlaqəsi pozuldu
18:00 06.07.2025
Qırğızıstan rusiyalılara pasport verilməsini dayandırdı
17:30 06.07.2025
Kamaləddin Qafarov: İƏT-in inkişafında Azərbaycanın rolu artmaqdadır
17:00 06.07.2025
Bu pasportların dəyişdirilməsi Rusiya vətəndaşları üçün zəruridir
16:30 06.07.2025
XİN ABŞ-yə başsağlığı verdi
16:00 06.07.2025
ABŞ-də seldə ölənlərin sayı artdı
15:30 06.07.2025
DİM təhsil haqqında dəyişiklik edib
15:00 06.07.2025
Təl-Əvivdə hava limanına hücum olub
14:30 06.07.2025
Yaponiyada zəlzələ baş verib
14:00 06.07.2025
Azərbaycanlı güləşçi qızıl medal qazandı
13:30 06.07.2025
İlon Mask yeni siyasi partiyasını elan etdi
13:00 06.07.2025
"İƏT üzvü olan ölkələrlə əməkdaşlığımız sistemli şəkildə dərinləşdirir"
12:26 06.07.2025
Günəşdə Rekord Aktivlik: Bir Həftədə Altıncı dəfə...
12:00 06.07.2025
Əsvanda Ptolemey dövrünə aid qəbirlər aşkarlanıb
11:29 06.07.2025
Rusiya Xarkova PUA hücumu həyata keçirib
11:11 06.07.2025
"Almaniya müdafiə olunmalıdır”
10:51 06.07.2025
Almaniya Ukraynaya Patriot sistemi almaq istəyir
10:16 06.07.2025
İsrailin Qəzzaya endirdiyi son hava hücumlarında 78 nəfər ölüb
09:52 06.07.2025
Xamenei ortaya çıxdı
09:29 06.07.2025
Böyük Britaniyada COVID-19-un yeni ştamı yayılır
08:52 06.07.2025
Hamısı