Azərbaycanlı yazıçı Xomeynidən ROMAN YAZDI - ednews.net

2 Aprel,

(+994 50) 229-39-11

Azərbaycanlı yazıçı Xomeynidən ROMAN YAZDI

Mədəniyyət A- A A+

Güney azərbaycanlı yazıçı Eluca Atalının yeni kitabı “İran hizbullah zindanında” nəşr olunub.

Bu barədə məlumatı yazıçı Ednews-a açıqlamasında bildirib. O, qeyd edib ki, “İran hizbullah zindanında” əsər dörd kitabdan ibarətdir: Birinci kitab “İnqilabın travması”, ikinci kitab: “Üç vəd, üç tələb”, üçüncü kitab: “Qanlı orkestr”, dördüncü kitab: “Həyatı tabutda axtaranlar”dır. 

Roman İran islam inqilabı ideyasının Amerikadan gəlməsi və inqilab müəllifi kimi bəşərə tanıdılan imam Ayətullah Xomeyninin əslində Ağ Evin əmrlərinin icraçısı olduğu sübut olunur. İmamın kütləni idarə etməkdən ötrü inqilabdan dərhal sonra ictimai yerlərdə – bazar, xiyaban, universitet, məktəb və hətta doğum evlərinin qarşısında edam ağaclarının qurulmasına verdiyi fətva adamları qorxu ilə tərbiyə edib, qorxu hökmü altında onun əmrinə tabe olması məqsədini güdür. 

Qeyd edək ki, Eluca Atalının “İran hizbullah zindanında” romanı ilk dəfə olaraq sistemli şəkildə bədii təsvir vasitələri ilə xomeynizmin mahiyyətini açır. Kitab "Qanun" nəşriyyatında dərc edilib.

Oğuz Ayvaz 

 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...