Məşhur rejissor aclıq aksiyası keçirir - ednews.net

21 Mart, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Məşhur rejissor aclıq aksiyası keçirir

Mədəniyyət A- A A+
Tehranın Evin həbsxanasında saxlanılan tanınmış güney azərbaycanlı rejissor Cəfər Pənahi aclıq aksiyasına keçirir.
 
Ednews xəbər verir ki, bu barədə rejissorun həyat yoldaşı Tahirə Səidi özünün sosial media hesabında yazıb.
 
Onun sözlərinə görə, Cəfər Pənahi fevralın 1-dən quru aclıq aksiyasına başlayıb.
 
"Quru aclıq aksiyasını sərbəst buraxılana və ya həyatımı itirənə kimi davam etdirəcəyəm"- deyə güneyli rejissor telefon danışığında həyat yoldaşına bildirib.
 
Qeyd edək ki, İran və dünya kinosunun tanınmış simalarından biri, dünyada beynəlxalq və nüfuzlu festivalların bir çox mükafatlarının sahibi Cəfər Pənahi 2022-ci il iyulun 11-də təhlükəsizlik məmurları tərəfindən həbs edilib.
 
Oğuz Ayvaz

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...