Xalq artisti Ramiz Novruz Yasamalada, "Qurd qapısı" qəbiristanlığında dəfn ediləcək.
***
12:05
Xalq artisti Ramiz Novruz ilə vida mərasimi keçirilir.
Ednews xəbər verir ki, evində baş tutan vida mərasimində aktyorun ailə üzvləri, sənət dostları, ictimaiyyət nümayəndələri iştirak edir.
Xalq artisti Hacı İsmayılov Ednews-a açıqlamasında bildirib ki, bu ölüm Azərbaycan xalqı üçün böyük itkidir.
"Respublikanın Xalq artisti Ramiz qardaşımızın vəfatı hamımızı incidir. O doğurdan da çox böyük yaradıcılıq yolu keçib. Tamaşaçının, xalqın sevincini qazanıb. Bu isə hər sənətkara qismət olmur. Allah rəhmət eləsin. Onun xatirəsi daim qəlbimizdə yaşayacaq".
Qeyd edək ki, Xalq artisti Ramiz Novruz fevralın 21-i gecə saatlarında uzun sürən xəstəlikdən sonra vəfat edib.
Ayan Rzayeva