Zibilyığan işləyən, Nobel mükafatı qazanan MƏŞHUR YAZIÇI Maraqlı faktlar

Mədəniyyət 13:01 27.02.2023
Bu gün Con Steynbekin doğum günüdür. 
 
Ednews məşhur yazıçının həyatı haqqında maraqlı faktları təqdim edir.
 
Onun kitabları dünyada oxunur, adı Folkner və Heminqueylə yanaşı çəkilir. Ancaq Kaliforniyada doğulan yazıçı ədəbi şöhrət qazanmaq üçün bir çox məhrumiyyətlər yaşamalı olmuşdu; fəhləlik etmişdi, qarovulçu, zibilyığan işləmişdi. 
 
Qeyri-kişi sənəti
 
Uşaq vaxtı Steynbekin sevimli məşğuliyyəti iş görməmək idi: o, otağındakı pəncərənin qabağında oturub saatlarla xəyallara dalırdı. Oğlunu belə görən anası yaman narahat idi: “Bilmirəm Con haqqında nə deyim: O, ya dahi, ya da bivec adam olacaq.”
 
Artıq yuxarı siniflərdə Cek Londonu oxuyan yeniyetmə öz hekayələrini yazmağa başlayır. O, hekayələrini başqa imza ilə jurnallara göndərir və möcüzə baş verməsini gözləyirdi. Məsələ burasındadır ki, o, məktublara ünvanını yazmırdı: “Əlbəttə redaksiyalar mənimlə əlaqə yarada bilmədikləri üçün hekayələri çap etmirdilər... Maraqlıdır, o günlərdə mən nə haqda düşünürdüm? Mən ölümdən çox, jurnallardan rədd cavabı almaqdan qorxurdum. Amma daha çox bu hekayələrdən birinin çap olunmasından qorxurdum” - sonralar yazıçı xatırlayırdı.
 
Məktəbi bitirəndə Steynbekin ədəbiyyat eşqi hər şeyi üstələyir. Buna görə də məşhur yazıçı olmaq qərarına gəlir. Ancaq valideynləri yazıçılığı kişi işi hesab etmədikləri üçün onun bu fantaziyalarını qəbul etmirlər, oğullarını normal təhsil almağa vadar edirlər.
 
Anasının təkidi ilə Steynbek 1919-cu ildə Stenford universitetinə qəbul olur. Ancaq orda təhsil almaq böyük vəsait tələb etdiyi üçün ailənin imkanları buna yetmirdi. “Böyük ambisiyalarım kiçik imkanlarım vardı” - həyatının bu dövrünü yazıçı belə xatırlayırdı. Təhsilini davam etdirmək üçün Steynbek yerli kafedə qabyuyan işləməyə məcbur olur.
 
Gənc Steynbek 6 il universitetdə əziyyət çəksə də kursu bitirməmiş təhsili atır. Valideynlərinin qorxusuna baxmayaraq o, “böyük yazıçı olmaq” arzusuna sadiq qalır.
 
Amerika arzusu
 
Arzusunu həyata keçirmək üçün Steynbek Nyu-Yorka yollanır. Ancaq şəhər gənc romantikin düşündüyü qədər füsunkar deyildi. Adətən olduğu kimi bu ambisiyalı gənci də heç kəs diqqətə almırdı. O, sürücü, xarrat, qarovulçu, hətta zibilyığan işləyir. Bununla belə heç vaxt xəyallarına xəyanət eləmir və mütəmadi olaraq müxtəlif nəşriyyatlara əlyazmalarını göndərir.
 
Yalnız 1929-cu ildə onun zəhməti bəhrəsini verir. Romanı yolladığı yeddi nəşriyyatdan yalnız biri “Qızıl piyalə”ni çap etməyə razılıq verir. Steynbek xoşbəxtlikdən göyün yeddinci qatında uçurdu: hesab edirdi ki, bu, ona təkcə professional planda dirçəlməyə kömək etməyəcək, həm də şəxsi həyatını qurmağa yardımçı olacaq (Kerol Henninq adlı qıza aşiq olmuşdu, evlənmək istəyirdi).
 
Ancaq naşirlər təcrübəsiz yazıçını aldadırlar, hətta ona çap olunan kitabın bircə nüsxəsini belə göndərmirlər. “Qızıl piyalə”nin çap olunduğunu o, təsadüfən köşklərdən birinin rəfində kitabı görərək öyrənir. Üstəlik naşirlər “Qızıl piyalə”ni tənqidçilərə göndərməyi də unudurlar, buna görə Steynbekin kitabı maraq oyatmır.
 
İlk uğur müəllifə altı il sonra “Tortil-Flet kvartalı” povestinin çapından sonra gəlir. Bundan sonra “Adamlar və siçanlar haqqında” çap olunur və tənqidçilər onun haqqında böyük yazıçı kimi danışmağa başladılar. “Qəzəb salxımları” isə cəmiyyətdə böyük rezonans yaratdı.
 
Böyük depressiya illərindən bəhs edən roman iki il bestseller siyahısına liderlik edir. Kitabın uğuru Hollivudu da cəlb etdi, 1940-cı ildə rejissor Con Ford onu ekranlaşdırdı. “Qəzəb salxımları”na görə həmən il Steynbekə ABŞ-ın ən yüksək ədəbiyyat mükafatı Plutser verildi.
 
Müasir Amerika ədəbiyyatının ustalarından
 
İkinci Dünya Müharibəsi illərində Steynbek hərbi müxbir kimi çalışır və bir çox əməliyyatlarda iştirak edir. Amma bir romantik kimi ədəbiyyat onu həyatdan çox maraqlandırırdı: 1944-cü ildə müharibədən yorulan yazıçı istefa verərək geri qayıdır. Yeni təəssüratlar üçün Steynbek ancaq üç il sonra səfərə yollanır.
 
Yazıçı 1947-ci ildə SSRİ-yə səfər edir. Bu səfərin təəssüratı əsasında o, “Rus gündəliyi”ni yazır. Orada kommunist ölkəsi və onun insanları haqqında bir çox obyektiv fikirlər yer almışdı.
 
Steynbekin məşhur yazıçı olmaq arzusu artıq həyata keçmişdi, onu “Müasir Amerika ədəbiyyatının ustalarından biri” hesab edirdilər. Ancaq hər şey belə rahat deyildi: 1948-ci ildə avtomobil qəzasında ən yaxın dostu Ed Rikkets vəfat edir, bir neçə ay sonra isə həyat yoldaşı ondan ayrılır.
 
Nyu-Yorkda yaşamaq daha ona maraqlı gəlmir, depressiyaya düşən yazıçı Kaliforniyaya, valideynlərinin evinə qayıdır. Bir neçə aydan sonra yaşadığı itkilərin ağrısı keçən Steynbek yenidən yazı masasının arxasına keçir. 1962-ci ildə isə o, “kəskin sosial müşahidələri və incə yumoru realist-poetik istedadı ilə birləşdirdiyinə görə” ədəbiyyat üzrə Nobel mükafatı qazanır.
 
Daha altı il sonra, 1968-ci ildə “Nyu-York Tayms”da belə yazılacaqdı: “Steynbekin Nobel mükafatına ehtiyacı yox idi, Nobel komitəsinin ona ehtiyacı vardı. O, bizim ədəbiyyatımızda əsaslı yer tutur. Steynbelin təsiri bir çox yazıçıların əsərlərində yaşayır. Ondan unudulmuş adamı unudulmaz etmək bacarığını öyrəniblər.”
 
Lakin Steynbek bu məqaləni oxuya bilmədi, çünki yazı onun ölümünə həsr olunmuşdu. 66 yaşlı yazıçı 20 dekabr 1968-ci ildə Nyu-Yorkda ürək çatışmazlığından vəfat etdi.
 
Oğuz 
BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb
Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb
22:00 12.05.2024
Gürcüstanın daxili işlər naziri nümayişçilərə xəbərdarlıq edib
Gürcüstanın daxili işlər naziri nümayişçilərə xəbərdarlıq edib
21:40 12.05.2024
Nigerlə Benin arasında neft qalmaqalı yaşanır
21:20 12.05.2024
Gürcüstan parlamenti mayın 14-də qalmaqallı qanuna üçüncü oxunuşda baxacaq
Gürcüstan parlamenti mayın 14-də qalmaqallı qanuna üçüncü oxunuşda baxacaq
21:00 12.05.2024
Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək
Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək
20:45 12.05.2024
Şuşada 23 rəssamın əsərləri nümayiş olunur
20:30 12.05.2024
Şuşada “Xarıbülbül” beynəlxalq musiqi festivalı davam edir
Şuşada “Xarıbülbül” beynəlxalq musiqi festivalı davam edir
20:20 12.05.2024
Ruslar Antalyanı tərk edirlər - SƏBƏB
Ruslar Antalyanı tərk edirlər - SƏBƏB
20:00 12.05.2024
Premyer Liqa: "Sabah" səfərdə "Qəbələ"yə uduzub
19:40 12.05.2024
Gürcüstan Prezidenti Tbilisidə etiraz iştrakçilarını diqqətli olmağa çağırıb
19:20 12.05.2024
NASA Marsa 2 ayda gedə biləcək raket hazılayır
19:00 12.05.2024
ATƏT sədrinin Cənubi Qafqaza səfərinin vaxtı məlum olub
18:40 12.05.2024
XİN Braziliyaya başsağlığı ünvanlayıb - FOTO
18:20 12.05.2024
Yunanıstanın baş naziri Miçotakis Türkiyəyə gedir
Yunanıstanın baş naziri Miçotakis Türkiyəyə gedir
18:00 12.05.2024
İndoneziyada daşqınlar və torpaq sürüşmələri nəticəsində 28 nəfər ölüb
17:40 12.05.2024
Britaniya Qəzzaya humanitar yardım çatdırmaq üçün qoşun göndərməyəcək
17:20 12.05.2024
Sahibə Qafarova Özbəkistanda Asiya Qadın Forumunda iştirak edəcək
17:00 12.05.2024
DİM: 70 nəfər dövlət qulluğunda fəaliyyətini davam etdirəcək
DİM: 70 nəfər dövlət qulluğunda fəaliyyətini davam etdirəcək
16:40 12.05.2024
Rusiyanın bu ölkədəki səfiri öldü
16:20 12.05.2024
Xalq Artisti Şamil Süleymanov Şuşada olan bərpadan danışdı - VİDEO
Xalq Artisti Şamil Süleymanov Şuşada olan bərpadan danışdı - VİDEO
16:07 12.05.2024
Roma Papası hökümətləri demoqrafik böhranla mübarizəyə çağırdı
Roma Papası hökümətləri demoqrafik böhranla mübarizəyə çağırdı
16:00 12.05.2024
Gürcü bloqer Uça Abaşidze və xanımı həbs edilib
15:40 12.05.2024
Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayır
Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayır
15:20 12.05.2024
İqlim aktivisti Qreta yenidən İsveçdə saxlanıldı
İqlim aktivisti Qreta yenidən İsveçdə saxlanıldı
15:00 12.05.2024
Zaxarova “Eurovision” mahnı müsabiqəsini Qərbi Avropanın “cənazəsi” adlandırdı
14:40 12.05.2024
Ukrayna Belqorod şəhərinə zərbə endirdi: 4 ölü, 21 yaralı var
14:20 12.05.2024
Nepal alpinisti Everest dağını 29-cu dəfə fəth edib
Nepal alpinisti Everest dağını 29-cu dəfə fəth edib
14:00 12.05.2024
Ermənistanda hərbi xidmətdən yayınmağın qarşısını almaq üçün qaydalar sərtləşdirilib
13:40 12.05.2024
Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə III oxunuşda baxılacaq
13:20 12.05.2024
Şalva Papuaşvili: Aİ və NATO-nun qapıları neçə illərdir üzümüzə bağlıdır
13:00 12.05.2024
Venesuela Qayana ilə mübahisəli ərazidə körpü tikir
12:40 12.05.2024
Ərdoğan və Miçotakis bir sıra sahələr üzrə əməkdaşlıq sazişləri imzalayacaqlar
12:20 12.05.2024
Şimali Koreya yeni çoxvektorlu atəş sistemini sınaqdan keçirib
Şimali Koreya yeni çoxvektorlu atəş sistemini sınaqdan keçirib
12:00 12.05.2024
Əksər rayonlara yağış yağıb, şimal-qərb küləyi əsib - FAKTİKİ HAVA
11:40 12.05.2024
“Azərkosmos” Dubayda keçiriləcək beynəlxalq sərgidə iştirak edəcək
11:20 12.05.2024
Makron Olimpiada ərəfəsində “yoxsulluğu ört-basdır etməkdə” İTTİHAM OLUNUR - FOTO
Makron Olimpiada ərəfəsində “yoxsulluğu ört-basdır etməkdə” İTTİHAM OLUNUR - FOTO
11:00 12.05.2024
Çexiya Prezidenti Ukraynanın NATO-ya daxil olması ilə bağlı planlarını açıqlayıb
10:40 12.05.2024
Aİ prezidenti: “İsrailin Rafah sakinlərinin təhlükəli ərazilərə köçürülməsi tələbi qəbuledilməzdir” - FOTO
10:20 12.05.2024
COP29-un Danışıq Qrupu ada ölkələrindən olan yüksək səviyyəli nümayəndə heyətləri ilə görüşüb
10:00 12.05.2024
Bakıda yol qəzasında 4 nəfər xəsarət alıb
09:40 12.05.2024
Hamısı