"Azərbaycan yazıçısının molla təfəkkürlü əsəri dünyanın nəyinə lazımdır?” Niyə yazıçılarımız beynəlxalq ədəbi mükafatlar ala bilmirlər? – SORĞU

Mədəniyyət 16:00 10.04.2023

Bu zamana kimi Azərbaycan ədəbiyyatı tarixində Nobel alan yazıçı olmayıb. Azərbaycan ədəbiyyatının dünya ədəbi arenasında o qədər də geniş təbliğ olunmaması, əsərlərin başqa dillərə tərcümə edilməməsi buna səbəb kimi göstərərilə bilər. Ədəbiyyat sahəsində verilən beynəlxalq mükafatlar tək “Nobel”lə bitmir. “Buker”, “Man Asia”, “Migel de Servantes” mükafatları ilə yanaşı, qonşularımızın təsis etdiyi “Russkaya premiya” (Rusiya) və Türk Dünyası Ödülü (Türkiyə) kimi kifayət qədər nüfuzlu mükafatlar da var.

Niyə Azərbaycan yazıçısı ciddi, nüfuzlu Ədəbiyyat Mükafatında xüsusi yer tuta bilmir? Ümumiyyətlə, yazıçılarımız beynəlxalq ədəbi müsabiqələrə əsər göndərirlərmi?

Ədəbiyyatşünas, tənqidçi Cavanşir Yusifli Ednews-a bildirib ki, bu problemin dəqiq səbəbini araşdırmaq lazımdır.

“Yəqin inadlı mübarizə, o mükafatları qazanmaq əzmi olmalıdır. Bizim filmlərimiz də əvvəllər elə bir ciddi nəticə əldə edə bilmirdi, davamlı iş, dünya kino prosesinə inteqrasiya bunu müəyyən dərəcədə asanlaşdırdı. Ədəbiyyatda da elədir, əvvəlcə normal inteqrasiya prosesi getməlidir, tərcümələr çox keyfiyyətli olmalıdır, bu sahədə kadr kasadlığı var və keyfiyyət aşağı səviyyədədir. Adda-budda şəkildə xarici ölkələrdə nəşrlərimiz var, ancaq məncə mətnlər düzgün seçilmir, bəzən müəlliflər özünün mətnlərini tanımırlar, bir sözlə, bu iş özfəaliyyət səviyyəsindədir. Söhbət bir nasirin, iki şairin mükafat almasında yox, Azərbaycan ədəbiyyatından gedir. Nəşriyyatlarda işıq üzü görən xarici ölkə müəlliflərinin əsərləri ciddi tənqid süzgəcindən keçmir. Bir çimdik duz kimi nəsə çatışmır. Ədəbi proses xaos içindədir, yeni yazılan mətnlər ortaya çıxan kimi köhnəlirlər, müəlliflər bir az da nə yazdıqlarını bilmirlər. Şair və nasir adları göz deşir, mətnlərsə görünmür”.

Yazıçı Fəxri Uğurlu isə düşünür ki, ciddi, nüfuzlu ədəbiyyat mükafatına layiq görülmək üçün ilk növbədə ciddi əsər yazmaq lazımdır.

“İkincisi, o əsəri beynəlxalq arenaya çıxarmaq lazımdır. Hər ikisi çox müşkül məsələdir, bundan ötrü bütöv bir mexanizm işləməlidir. Bizdə isə imkanların çoxu “xalturşik”lərin, istedadsızların, ədəbiyyata dal qapıdan dürtülənlərin əlindədir. Ona görə də bir nəticə hasil olmur, bu gedişlə olmayacaq da”.

Şair Aqşin Yenisey isə bildirib ki, beynəlxalq mükafatlar ingilis dilinə tərcümə olunmuş əsərləri verilir.

“Lap tutaq ki, bizim yazıçını ingilis dilinə çevirdik, onun primitiv molla təfəkkürü ilə yazdığı ədəbiyyat dünyanın nəyinə lazımdır?”

Yazıçı Varis Yolçuyev qeyd etdi ki, Azərbaycan ədəbiyyatı ilə bağlı bədbinliyinizlə razılaşmıram. Bu aksiomdur, yazıçının beynəlxalq arenada parlaması üçün gərək xarici nəşriyyatlara və ədəbi təsisatlara çıxışı olsun, mütəmadi xarici ölkələrdə nəşriyyatlar hesabına kitabları çıxsın, ədəbi agentləri olsun, ən nüfuzlu beynəlxalq ədəbi qurumlara üzvlüyü olsun və s.

"Nobel, Buker, Pulitser - bu mükafatların konkret şərtləri var və bizim yazarlar hələ ki bu şərtlərə uyğun gəlmirlər. Amma bunlardan başqa da kifayət qədər nüfuzlu mükafatlar var. 
Bu yaxınlarda Xalq yazıçımız Elçin Türkiyədə Beynəlxalq Nəcib Fazil adına Ədəbiyyat mükafatı almadımı?  Özümdən deyim bir qədər. Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri, PEN İnternational (Böyük Britaniya) və Beynəlxalq Yazıçılar Gildiyasının (Almaniya) üzvü, Yazıçıların Beynəlxalq Nyu-York Konfransının iştirakçısı, bir neçə ölkənin yazıçılar ittifaqlarının üzvüyəm. 
Dünyanın 6 ölkəsində nəşriyyat hesabına kitablarım çıxır. 2016-cı ildə Rusiyada Moskva Ədəbiyyat Mükafatını nəsr nominasiyasında qazandım. Orada Boris Akunin və Mixail Zadornov da təmsil olunurdu. 
2018-ci ildə BMT-nin patronajlığı altında Avrasiya materikinin Ədəbiyyat üzrə 3-cü LiFFt Festivallar Festivalının qızıl mükafatına layiq görüldüm. Məndən öncə bu mükafatı dünyaşöhrətli qazax yazıçısı Oljas Süleymenov və Nobel nominantı olmuş rus şairi Konstantin Kedrov-Çelışev qazanmışdılar. 2019-cu ildə Beynəlxalq London mükafatının qısa siyahısına qədər irəlilədim. Mükafatı isə dünyaşöhrətli Den Braun qazandı.  Bizim elə yazarlarımız var ki! İnşallah, hamısı parlayacaq!"

Şair, esseist Qismət Rüstəmov deyir ki, əsərlər aparıcı dilə yaxşı, keyfiyyətli tərcümə edilmir.

“Ona görə də ilk olaraq sanballı tərcümələr lazımdır. İkincisi isə düzgün nəşriyyatda çap olunmaq lazımdır. Harda gəlir nəşr olunmaq yox”.

Oğuz

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı