Bir gündə oxuyub BİTİRƏCƏYİNİZ 5 ROMAN SİYAHI

Mədəniyyət 20:01 13.04.2023

Kitab oxumaq bəzilərimiz üçün vərdişə çevrilsə də, bəzilərimiz elə düşünür ki, kitab oxumağa başlamaq dərin dənizdə üzmək qədər çətindir. Ətrafımda “kaş ki, maraqlı, uzun olmayan kitab olsaydı, darıxmadan oxuya biləydim” deyənlər var. Kitab oxumağa yeni başlayanlar ancaq seçim etməkdə çətinlik çəkənlər bu yazı sizlər üçündür.

Ednews həcmcə qısa, eyni zamanda maraqlı və məşhur 5 romanı təqdim edir.

1. Fyodor Dostoyevski - Yeraltından qeydlər

“İnsanın ət və sümükdən olmağı bizə çox ağır gəlir. Biz bundan utanırıq, insan olmağı biabırçılıq hesab edirik, bənzərsiz sosial xalq olmağa can atırıq. Biz ölü doğulmuş insanlarıq və atalarımızın övladları deyilik, getdikcə bu şəkildə doğulmaq bizə xoş gəlir. Biz bundan həzz alırıq. Çox yaxın gələcəkdə biz mənasız düşüncələrdən çıxmağın bir yolunu tapacağıq”.

“Yeraltından qeydlər” Dostoyevskinin Qoqolun təsirindən xilas olmuş, öz səsi ilə qələmə aldığı ilk böyük əsəridir. Avropada böyük ekzistensial ədəbiyyatdan xəbər verən bir romandır. Kitab baş qəhrəmanın “yeraltı” adlandırdığı əhval-ruhiyyədən oxucusuna xitab edən uzun, çılğın nitqi ilə başlayır. Sonra bu əxlaqlı, vicdansız, namuslu insanın alçaldılması nəql olunur.  

2. Herman Hesse - Siddhartha

Mənim ən çox sediyim yazıçı, demək olar bütün əsərlərini oxuduğum müəllif Herman Hessedir. Hətta yazıçının “Yalquzaq” romanını oxuyarkən son səhifəyə keçməyə tərəddüd edirdim. Əsərin təsirindən aylarla çıxa bilməmişdim. Elə bilirdim ki, son səhifəni oxusam yaşaya bilmərəm.

Yazıçının bu əsəri isə Birinci Dünya Müharibəsindən sonrakı illərdə insanların öz həyatlarını yenidən qurmağa səsləyən və Şərq mistizmini tərənnüm edən “Siddhartha” bir-birini əvəzləyən nəsillər  az qala “müqəddəs kitab” kimi oxunur. Siddharthada Buddanın həyatının ilk illərini poetik şəkildə təsvir edir. Hesse insanın öz mənliyini taparaq sivilizasiyanın qurulmuş saxta formalarından xilas olmaq cəhdini qələmə alır. Bu kitabda, o deyir, “mən bütün dinlər üçün, bütün bəşəri inanclar üçün ümumi olan, bütün milli düşüncələri aşan, bütün irqləri, bütün fərdləri əhatə edə bilən şeyi yaratmağa çalışmışam”.

3. Antuan de Sent-Ekzüperi - Balaca şahzadə

Antuan de Sent-Ekzüuperi tərəfindən Nyu-Yorkda bir otel otağında yazılmış "Balaca Şahzadə" nəşr olunduğu gündən indiyə qədər milyonlarla insanın qəlbini fəth edən bir əsərdir. Planetində bitın yeganə çiçəklə yola gedə bilməyən, bir müddət uzaqlaşmağa qərar verən və səyahəti zamanı Yerin yanında dayanan şahzadə, Böyük Səhrada (ərəbcə -Sahara) bir pilotla qarşılaşır. Balaca şahzadə kimdir, niyə durmadan sual verir, niyə çiçəyi ilə yola getmir, getdiyi başqa planetlərdə kimlərlə görüşüb, nə öyrənib? Bu əsəri digər əsərlərdən fərqləndirən xüsusiyyət odur ki, kitab həm uşaqlar, həm də böyüklər üçün yazılıb. Əsər 180 dilə tərcümə olunub. Əsərin ən məşhur sitatlarına gəldikdə isə “Böyüklər kimi olmaqdan qorxuram, onlara rəqəmlərdən başqa heç nə maraqlı deyil”.

“Biz hamımız uşaqlıqdan gəlmişik”. Bütün böyüklər əvvəlcə uşaq idilər, yalnız bir neçəsi bunu xatırlayır”."Özümüzə alışdırdırımız hər kəsə cavabdehik".

4. Con Steynbek - Siçanlar və adamlar

Con Steynbek ədəbiyyat üzrə Pulitzer və Nobel mükafatı laureatıdır. Dövrümüzün sosial və bəşəri problemlərini məharətlə təsvir etdiyi əsərləri müasir dünya ədəbiyyatının şah əsərlərindən hesab olunur. Əsərlərinə filmlər də çəkilib.  Steynbek romanlarında sadə və kəskin reallığı qələmə alır. Bu səbəbdən də onun əsərləri heç vaxt ədəbi dəyərini və aktuallığını itirməyib.

Əsərdə Kaliforniyada böyük depressiya illərində fəhlə kimi işləyən iki nəfərin – Corc Milton və Lenni Smolun faciəvi həyatından bəhs edir. Kiçik bir torpaq alıb insanpərvər həyat sürmək arzusunda olan bu iki insanın hekayəsində dostluq və həmrəylik mühüm yer tutur. Steynbek bu epik romanda təkcə insanın insanla münasibətindən deyil, həm də insanın təbiət və cəmiyyətlə münasibətindən bəhs edir.

5. Frans Kafka - Çevrilmə

Frans Kafkanın 1915-ci ildə nəşr olunan “Metamarfoz” (Çevrilmə) novellası yazıçının ifadə sənətinin zirvəyə çatdığı əsəridir. Əsər şüurlu şəkildə üsyan edən fərdin faciəsindən bəhs edir.

İlk cümləsi - “Bir səhər Qreqor Zamza yuxudan oyananda özünü böcəyə çevrilmiş olaraq gördü". Azad və təbii həyat həsrətinin ifadəsini təsvir edən yazıçı nə demək istədiyini birbaşa açıqlamır. Halbuki insanlar üçün təbii həyat elə insan həyatıdır. İnsan kimi yaşamaq çox çətindir, ona görə də bundan xilas olmaq istəyi yaranır, heç olmasa uydurma səviyyədə.

Oğuz  

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Antarktikada Yer kürəsinin "buz arxivi" tapıldı
12:50 08.07.2025
Smartfonunuzun işığı yuxu rejiminizi poza bilər
12:35 08.07.2025
Çin-Nepal Dostluq Körpüsü uçdu
12:20 08.07.2025
Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Hamısı