“Yeni kitab çıxarmaq istədiyimizi və maddi imkanımızın olmadığını yazmış idim o gün. Dünən əslən öz ermənimiz olan bir oxucum bütün xərcləri qarşılayacağını dedi və məni tarixə yenidən baxmağa sövq etdi”.
Ednews xəbər verir ki, bu sözləri tanınmış şair Şəhriyar Del Gerani feysbuk statusunda yazıb. Onun sözlərinə görə, Azərbaycan vətəndaşı olan, əslən erməni oxucuma dəruni ehtiramımı bildirir, əllərindən öpür, bağrıma basıram. Demək istəyirəm ki, narahat olmasın, qədim dostum, naşir Şahbaz Xuduoğlu məsələni üzərinə götürdü, söhbət ən peşəkar səviyyədə həll olunacaq sağlıq olsun.
“Sözüm ona, bəs Mirzə Ələkbər Sabirin İLK kitabını niyə ERMƏNİLƏR çıxardıb? Həsən bəy Zərdabinin kədərli bir qənaəti var. Yazır, “Bir erməni Mkrtçda olan qeyrət Qarabağ bəylərinin tamamında olmadı.”
Bütün bunlara aydındıq gətirmək həvəsim yoxdur. Kimə maraqlıdır zəhmət çəksin, axtarış verib oxusun, öyrənsin, namusunu itiləsin. Bilmək istədiyim isə bu: Müasir Azərbaycanda elə bir adam varmı hansısa ciddi bir şairin, yazıçının kitabını çap etdirsin? Gördüyümüz və bildiyimiz kimi tariximizdə bu mübarək işi yalnız və yalnız ERMƏNİLƏR edib bizim qələm adamları üçün. İndi də ERMƏNİLƏR etməyə hazırdır. Gördüm. Niyə belədir? Sual budur: Niyə belədir? Vəssalam!”
Oğuz