Amerikalı aktyor Tom Hanks Amerika Yazıçılar Gildiyasının tətilinə qatılıb.
Ednews lenta.ru-ya istinadən xəbər verir ki, Hanksın sözlərinə görə, o, bütün Hollivud birliklərinin üzvüdür. “Düşünürəm ki, yazıçıların iqtisadi problemləri hər kəsə məlumdur. Biz indi qaçılmaz dəyişikliyə hazır olmalıyıq", - deyə aktyor bildirib.
Xatırladaq ki, mayın 2-də amerikalı ssenaristlər əmək müqaviləsinin şərtlərini yaxşılaşdırmaq üçün kinostudiyalarla danışıqlar apara bilmədiklərinə görə tətilə başlayıblar.
Oğuz