Xəbər verdiyimiz kimi, Azərbaycan Yazıçılar Birliyinin Natavan klubu bundan sonra ödənişli əsaslarla fəaliyyət göstərəcək. Bu barədə Birliyin sədri yazıçı Anar Rzayev əmr imzalayıb.
Əmrə əsasən, Natavan klubunda hər tədbir üçün 100 AZN ödəniş müəyyənləşib.
Məsələ ilə bağlı Ednews-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Rəşad Məcid bildirdi ki, qərar hələ ki, qüvvəyə minməyib. Bəlkə sentyabrdan ödənişli oldu:
“Texniki məsələdi. Su, təmizlik və stullara ziyan dəyir. Buna kompensasiya kimi təklif olunub. Amma hələ son qərar sentyabrda olacaq.”
Oğuz