Kitab sərgisində dilənən qadın, gənclikdən narazı qocaman yazıçı... II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalından REPORTAJ

Mədəniyyət 12:00 10.06.2023
Ednews Törə Zeynallının II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalından yazdığı reportajı təqdim edir:
 
“Elmlər Akademiyası” metrosundan çıxıb Cavid parkına tərəf gedə-gedə yaxınlaşan çalğı səslərini eşidib bir anlıq duruxuram. Kitab stendlərilə bərabər parkın yuxarı hissəsində geniş səhnə qurulub. “Kitab festivalında niyə bu qədər ucadan ifa edirlər?”, - deyə öz-özümə deyinirəm. Qələbəliyin içində sazın gur səsi fikrimi yayındırır. 
 
 
Günəşin qamaşdırdığı gözümə əvvəlcə uşaqlar üçün dini kitablar satılan stend dəyir. Hicablı bir xanım və yanında iki qızcığaz kitablara baxırlar. Bir neçə kitab alıb uzaqlaşmaq istəyəndə satıcı qız plastik torba təklif edir. Xanım isə götürmür. Axı plastik təbiətə ziyandır... 
 
 
Üzümü satıcıya tuturam:
 
- Balacalar dini kitablara maraq göstərir?
 
- Daha çox Məhəmməd Peyğəmbərdən bəhs edən kitablar onlara maraqlı gəlir. Bu kitablar həm uşaqlara, həm də böyüklərə dürüstlüyü, əxlaqı, mərhəmətli və ədalətli olmağı öyrədir. Alanların çoxu dindar insanlardır.  
 
Əlavə edir ki, “Ting”nəşriyyatının bu yaxınlarda iki yeni kitabı işıq üzü görəcək. 
 
 
Musiqi arada kəsilir. Fürsətdən istifadə edib kitab alanlara yaxınlaşıram. Gənc qız  diqqətlə kitablara baxır. Hiss olunur ki, məhz hansısa kitabı axtarır:
 
- Hansı kitabları aldınız?
 
-“Bəyaz zanbaqlar ölkəsində” və Stefan Sveyqin kitablarını almışam. Onları oxumamışdım. İndi siyasi mövzuda kitab axtarıram. 
 
- Kimləri oxuyursunuz?
 
- Corc Oruellin əsərləri xoşuma gəlir. 
 
- Deyəsən xarici ədəbiyyata üstünlük verirsiniz...
 
- Müşahidələrimə əsasən deyə bilərəm ki, gənclərin çoxu xarici ədəbiyyata üz tutur. 
 
- Niyə öz əsərlərimizə maraq yoxdur?
 
- Azərbaycan ədəbiyyatından Elxan Elatlı, Çingiz Abdullayevi, Kəramət Böyükçölü  oxuyurlar, yəni daha çox detektiv. 
 
 
Gənc oxucu yerli nəşriyyatlara təklif və iradını da bildirməkdən geri qalmır:
 
“Azərbaycan nəşriyyatlarına demək istəyirəm ki, kitabları daha yaxşı tərcümə etsinlər. Elə tərcümə edirlər ki, oxumağa həvəs qalmır. Məcbur qalıb Türkiyə ədəbiyyatını və ya türkçə kitabları oxuyuruq. Türkçə oxuyanda kitabdan həzz ala bilirik”. 
 
 
Gəlişim yazar, publisist Babək Göyüşün imza saatına təsadüf edir. II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının 5-cü günündə kitablarını təqdim edən yazarın oxucularla səmimi söhbətinin şahidi oluram.
 
- Kitab Festivalını necə dəyərləndirirsiniz?
 
- Festivala maraq yüksəkdir. Son illər ölkəmizdə tez-tez kitab sərgilərinin keçirilməsi ona dəlalət edir ki, ədəbiyyatda canlanma var. 
 
- Kitablara maraq əvvəlki illərlə müqayisədə sanki artıb. 
 
- Bəli, bu bizləri sevindirir. Bizim kimi ədəbiyyat insanları bu mənzərəni görüb həvəslənirik, yazıb-yaratmaq şövqümüz artır. Hər dəfə kitab alan, oxuyan insan görəndə yeni süjet, obraz yaradırsan.
 
- Oxuculara nə demək istərdiniz?
 
- Bütün oxucuları təbrik edirəm. Ədəbiyyat, mədəniyyət olan yerdə ölkəmiz də dünyada daha çox tanınacaq. 
 
Kitablarından birini də mənə hədiyyə edir. 
 
 
 
Bir az gəzişirəm. Kitablara deyil, konsertə maraq göstərib gələnlərin sayı da az deyil. Bəziləri səhnədə baş verənləri telefonunun yaddaşına həkk edir.
 
Yaxınlaşdığım növbəti stenddə bir nəfər diqqətimi çəkir. Əlindəki kitabın müəllifi özüdür.
 
 
- Salam, Əlisa müəllim, necəsiniz?
 
- Bu günümüzə də şükür, yaxşıyıq. 
 
- Sizi görmək xoşdur. 
 
- Dəvət etdilər, gəlmək fikrim yox idi.
 
- Niyə, Əlisa müəllim? Nədir xoşunuza gəlməyən?
 
- Yaman səs-küydür. Çoxu da cavanlardır. Xoşuma gəlməyən odur ki, qışqırır (səhnədəkiləri nəzərdə tutur). Gərək indi bura insanlarla dolu olaydı, amma az adam var. Mirzə Şəfinin Avropa ölkələrində kitabları satılanda camaat növbəyə durarmış. İndi müstəqilik, nə qədər əsərlər dilimizə tərcümə olunur. Amma oxuyan yoxdur. 
 
- Kitab sərgiləri tez-tez keçirilir artıq. Artıb kitab oxuyanlar?
 
- Yaxşıdır, amma oxuyan yoxdur. Yalandan alırlar, qoyurlar evə. Yaxşı ilə pisi ayıra bilmirlər. Ya oxumurlar, ya da oxusalar da heç nə başa düşmürlər.  
 
 
 
Kitablardan əlavə burada əl işi olan müxtəlif bəzək əşyaları, çantalar, gildən düzəldilmiş suvenirlər, dəri məmulatları, hətta bal da satılır. Kitablara 20-50 faiz aralığında endirimlər var. 
 
Teas Press nəşriyyat evinin stendinin qarşısında daha çox alıcının toplaşdığını görürəm. Kölgədir, yəqin həm də ona görə çoxu burada toplaşıb.
 
 
- Sizin stendə maraq daha çoxdur. 
 
- Hər yaş qrupu bizim stendə yaxınlaşır. Nizami Gəncəvinin “Xəmsə” toplusunu çox alırlar. Dəfələrlə bitib, yenidən gətirmişik. Yəqin ki, nəşriyyatımızı çoxdan tanıdıqları üçün tez-tez gəlirlər.
 
Elə həmin stendin aşağı küncündə atası ilə dayanan balaca qız kitab səhifələrini çevirir. Məktəbə hələ bu il gedəcək. Ona görə hələ çox  da yaxşı oxuya bilmir. Amma deyir ki, kitabları sevir. Böyüyəndə çoxlu kitablarının olmasını istəyir. 
 
 
Deyəsən, kitab bayramına gələnlər təkcə kitabsevərlər deyil. Uşağı ilə parkın ortasında dayanıb dilənən qadın gözümdən qaçmır. Fotosunu çəkirəm. Bunu görüb kameradan uzaqlaşır. Görəsən həyatında bircə kitab da olsa oxuyub? Ya da bu biçarə uşağın əlinə dilənçiliklə qazanılan qəpiklərdən savayı bir kitab səhifəsi dəyəcəkmi?  
 
 
Daha əvvəl İçərişəhərdə baş tutan V Milli Kitab Sərgisində təzəlikcə aldığım kitablardan hələ birini də olsa oxuyub bitirmədiyim üçün yenisini almıram. Bu cümləni yaza-yaza Əlisa Nicatın sözü yadıma düşür... 
 
Dəqiqələr ötdükcə musiqi sədaları sanki daha da yüksəlir. İş həftəsinin son günü bitmək üzrədir. Bir azdan metroda yenə insan əlindən tərpənmək olmayacaq. Saat 6 olmamış özümü metroya çatdırmaq üçün parkı tərk edirəm.
 
 
Törə Zeynal
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
ABŞ-nin daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb
12:32 07.05.2025
İslamabad: Hindistan Pakistanın su ehtiyatlarını hədəf alıb
12:27 07.05.2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:20 07.05.2025
Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb
12:18 07.05.2025
“Qoruqlar və muzeylər– keçmişdən gələcəyə körpü” mövzusunda III Quba Simpoziumu keçiriləcək
12:15 07.05.2025
Hamısı