Ədəbiyyat dəbdən düşüb? Yazıçılar arasında SORĞU

Mədəniyyət 12:45 15.06.2023
Bu gün ədəbiyyatın getdikcə maraq dairəsindən çıxdığını görürük. İnsanlar internet dövrünün əsirinə çevriliblər. Artıq hər şeyin sürətli olmasını istəyirlər. Ədəbiyyat isə onlara darıxdırıcı və lazımsız gəlir. Həqiqətən belədirmi?
 
Ednews yazarlardan bu barədə sorğu keçirib. Sizcə, ədəbiyyat indi dəbdən düşübmü? Ədəbiyyat bu günün insanına maraqlıdırmı?
 
Xalq şairi Sabir Rüstəmxanlı:
 
"Ədəbiyyat heç vaxt dəbdən düşmür. Əfəbiyyatı qısqanan, onun dəbdən düşməsinə, oxunmamasına çalışan adamlar, cəmiyyətlər və dövlətlər var. Böyük ədəbiyyat həmişə böyük güc və böyük qorxudur… Dünənin, bu günün insanı sözləri şəərtidir . Həyatı sevən, onun mənasını düşünən, dünyanın və insan ruhunun sirlərini öyrənmək istəyənlər ədəbiyyata həmişə maraq göstərəcəklər. Ədəbiyyata maraq azalırsa, deməli insan ruhuna, sevgiyə və insana maraq azalır".
 
Yazıçı Həmid Herisçi:
 
"Rusiyada, ədəbiyyata, şerə maraq sürətlə genişlənir. Sosial şəbəkələrdə ədəbiyyat, şer nümunələri geniş paylaşılır. Senzuranın ağırlığı, çoxlarının marağını yenidən ədəbiyyata, xüsusən şerə qaytarıb. Mən, son zamanlar rusca şer yazdığıma görə, ordakı durumdan razıyam. Ümüd edirəm, rusca şerlərim tezliklə öz audetoriyasını qazanacaq".
 
Şair Aqşin Yenisey:
 
"Ədəbiyyat və dəb. Bu sözləri yan-yana təsəvvür etmək üçün ikisindən birinə çox uzaq adam olmalısan. Dəb kütləni ifadə edən bir məfhumdu, ədəbiyyat fərdi və ədəbiyyat çox vaxt kütləvi dəblərə nifrət faktı kimi yaranır. Ədəbiyyatı dəbə çevirən siyasətdir. Məsələn, Nəsimin dövründə hər bir dövlət başçısının öz təriqəti var idi, Şirvanşahlar da hürufiliyi saray təriqəti seçmək istəyirdilər. Hürufilərin qəzəllərini təbliğ edir, yayırdılar. Əmir Teymur imkan vermədi. Yaxud sovet hökuməti şairlərinin populyarlığını indiki Aygün Kazımovanın populyarlığı ilə müqayisə etmək olar. Yaxşı ədəbiyyat bütün dövrlərdə az oxunub. Sadəcə, bu gün ədəbiyyata gələnlər kapitalizmin döşündən süd əmmiş şou təbiətli adamlardır. Onlar ədəbiyyata şöhrət dalınca gəliblər, ancaq heç kim onları barmaqla göstərmir deyə "şeir oldu", "xalq bizi oxumur" kimi bəhanələrə əl atırlar. Şəxsən mənə atamdan var-dövlət qalsaydı, ədəbiyyata vaxtımı yox, həyatımı həsr edərdim. Amma nə edim ki, onu pula çevirmək üçün yazdıqlarımı çap etdirməyə məhkumam.”
 
 
Yazıçı Varis Yolçuyev:
 
"Ədəbiyyat kimlər üçünsə yenə dəbdədir, kimlər üçünsə dəbdən düşüb. Əksəriyyət üçünsə ümumən nə dəbdə olub, nə də dəbdən düşüb. Əksəriyyət ədəbiyyatın mövcudluğuna biganədir. 
 
Ədəbiyyata marağı olan kəsim azalmaqdadır, amma ümid də var ki, heç vaxt onun sonu gəlməyəcək".
 
Yazar Sevinc Elsevər:
 
"İncəsənətin müxtəlif sahələri, o cümlədən ədəbiyyat da müxtəlif vaxtlarda dəbə minir, düşür. Bir müddət əvvəl ədəbiyyat dəbdən düşmüşdü. Mütaliə edən adama az qalırdılar gülələr. Halbuki Sovet dövründə kitab oxumayan adama birtəhər baxırdılar. Alimindən tutmuş fəhləsinədək, hamı oxuyurdu. Son vaxtlar kitab oxuyanların sayı artıb. Misal üçün , Kitabsevərlər qrupu var feysbukda. Kifayət qədər tanınmış qrupdu, üzvlərinin sayı minlərlədi. O qrupda hər yaşda adamlar oxuduqları kitabları şərh edir, tövsiyyə eləyir, müzakirəyə çıxarır. Bu, sevindiricidir. Düzdü, mən arzulayardım ki, kitabı insanlar dəb xatirinə oxumasınlar. Daxili ehtiyac duyduqları üçün oxusunlar. Bu, onların gündəlik mənəvi qidası olsun. Amma heç oxumamaqlarındansa, dəb üçün oxumaları da yaxşıdı. İndi xarici ədəbiyyat moddadı. Oxucular xarici müəllifləri oxumaqlarıyla öyünürlər. Bir az da klassik və müasir yazıçılarımızın əsərlərini oxumaqlarıyla, tanımaqlarıyla öyünsünlər. Kədərli haldır ki, gələcəyin bir çox filoloq aliminin belə müasir qələm adamlarından xəbərləri yoxdu. Ədəbiyyatı izləmirlər. Heç dəb xatirinə də izləmirlər."
 
Oğuz
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı