“Son 3 ilə yazdığım "Timsah ağzında" romanımı çap üçün "Azərbaycan" jurnalına vermişdim. Çap eləmədilər. Əsərin baş qəhrəmanı polis zabitidir”.
Bu sözləri Ednews-a yazıçı Səfər Alışarlı qələmə aldığı yeni romanından danışarkən deyib. Onun sözlərinə görə, cəmiyyətimiz təkcə korrupsiyadan deyil, siyasi konyunkturadan da əziyyət çəkir:
“Adi həyat hadisələrinin bədii inikasını biz bu gün jurnalda çap edə bilmirik. Müasir dünyanın ədəbi aləminə bunu desən, adama gülərlər. İndi neyləyək, yenidən sovet hökumətinin sevimli ezop dilində sızıldamalaramı keçək? Ya başlayaq tarixi romanlar ştamplamağa?”
Yazıçı qeyd edib ki, çap olunmamağın mükafatını da aldı:
“O haqda feysbuk profilimdə şəkilli paylaşım etmişəm. Biz romanı həm də pul qazanmaq üçün yazırıq. Kitabı çap etməyə vəsait lazımdır. Odur ki, yaxşı zamanların və yaxşı insanların gəlişini gözləməyə məcburuq”.
Oğuz