Cem Karacanın həyatını kinoya gətirmək üçün hazırlanan "Cem Karacanın Gözyaşları" filminin çəkilişləri doğulub boya-başa çatdığı Bakırköydə başlayıb.
Ednews türk mediasına istinadən xəbər verir ki, rejissor Yüksel Aksunun olduğu filmdə Cem Karacanı İsmail Hacıoğlu canlandırıb.
Cem Karacanın oğlu Emrah Karaca və yaxın ətrafının məsləhətləşdiyi layihənin ssenarisini Onur Böber, Özden Uçar və Emrah Saltık yazıb. Filmin rejissoru Yüksel Aksudur.
Cem Karacanın İsmail Hacıoğlunun canlandırdığı filmdə ata Mehmet Karaca rolunu təcrübəli aktyor Fikrət Kuşkan, ana Toto Karaca rolunu isə Yasemin Yalçın canlandırır. Layihədə Melisa Aslı Pamuk, Meral Çetinkaya, Buçe Buse Kahraman və Melisa Döngel kimi aktyorlar da iştirak edir.
Oğuz