Mədəniyyət Nazirliyi Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib

Mədəniyyət 22:49 28.09.2023

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Milli Məclisin deputatı Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib.

“Tanınmış ictimai xadim, Azərbaycan Respublikası Milli Məclisi Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva 28 sentyabr 2023-cü il tarixində, 48 yaşında vəfat edib.

Qənirə Ələsgər qızı Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, professor olan Qənirə Paşayeva uzun illər media sahəsində fəaliyyət göstərib. 20-dən artıq elmi, publisistik kitabın, bədii əsərin və yüzlərcə məqalənin müəllifidir. 20-yə yaxın sənədli filmin ssenari müəllifi və baş məsləhətçisi olub. 2005–2012-ci illərdə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, 2012–2015-ci illərdə “Odlar Yurdu” Universitetində Siyasi elmlər kafedrasının müdiri vəzifələrində çalışıb.

Qənirə Paşayeva üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin deputatı seçilib. Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Avstraliya, Bosniya və Herseqovina, Fransa, Gürcüstan, İndoneziya, İraq, İspaniya, İtaliya, Koreya, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Malayziya, Mərakeş, Misir, Moldova, Özbəkistan, Rumıniya, Şimali Makedoniya, Tailand, Türkiyə, Türkmənistan, Vyetnam, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü idi.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollektivi Qənirə Paşayevanın vəfatından kədərlənir, ölkəmizin mədəniyyət ictimaiyyəti adından mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!”

"20 Yanvar sözün əsl mənasında "Qanlı Yanvar" idi"

Xəbər xətti

"ChatGPT" bütün dünyada sıradan çıxdı
17:19 23.01.2025
"Vətəndaşların pensiya kapitalından daha tez istifadəsini təklif edirik"
17:05 23.01.2025
"Fransa dənizaşırı ərazilərində iqtisadi azadlığı boğmağa davam edir"
17:00 23.01.2025
NATO-nun Baş Katibi Ermənistan və Azərbaycan arasındakı sülh danışıqlarından yazdı
16:34 23.01.2025
“Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi hazırlanacaq
16:22 23.01.2025
Seyran Ohanyana qarşı yeni ittihamlar irəli sürüldü:
15:01 23.01.2025
Gürcüstan “Basqalı” və "Bu qala, daşlı qala"nın müəlliflik hüquqlarının pozulması ilə bağlı məsələyə aydınlaşdırdı
14:58 23.01.2025
Samir Şərifova yeni vəzifə verildi
14:51 23.01.2025
“Amazon”nun gəliri 2,43 trilyon dollara çatdı
14:48 23.01.2025
"Estoniya parlamentinin bəyanatı gürcü xalqının iradəsinə hörmətsizliyi göstərir"
14:39 23.01.2025
CNN -də kütləvi ixtisar gözlənilir
14:27 23.01.2025
"Ermənistan KTMT-dən çıxmaq istəyini bəyan etməyib"
13:48 23.01.2025
Cənubi Koreya prezidenti ilə bağlı istintaq başa çatdı
13:35 23.01.2025
"Azərbaycana sülh danışıqları üzrə təkliflər göndərmişik"
13:25 23.01.2025
"Aİ Trampın ultimatimunu dəstəkləməlidir"
13:22 23.01.2025
Bıçaqla cinsini dəyişmək istədi , Xəstəxanalıq oldu
13:09 23.01.2025
İlham Əliyev Ərdoğana zəng etdi
12:38 23.01.2025
"Nüvə silahını yaratmaq istəsəydik,çoxdan yaradardıq"
12:34 23.01.2025
”Serbiyanın Aİ-yə qoşulmaq yolunda bəzi əngəllər var”
12:21 23.01.2025
"Ukrayna müharibəni uduzsa, ..." -NATO-nun Baş Katibi
12:19 23.01.2025
Boşanmaq istədi, həbs olundu
12:16 23.01.2025
"Aİ-nin öz ordusuna ehtiyacı yoxdur"
12:08 23.01.2025
"İran və Rusiyaya qarşı sanksiyalar Ermənistan iqtisadiyyatı ciddi siqnaldır"
11:36 23.01.2025
Eritreyadan xəbər var: Hüquqi prosedurlar başlayıb
11:32 23.01.2025
Gürcüstanda Azərbaycanla iqtisadi əməkdaşlıq müzakirə olunub
11:06 23.01.2025
Tailandda eynicinsli nikahlara icazə verən qanun qüvvəyə mindi
10:38 23.01.2025
"Azərbaycanda referendum keçirilə bilər"
10:31 23.01.2025
“Böyük Qayıdış və reinteqrasiya” ilə bağlı qanun layihəsi hazırdır"
10:27 23.01.2025
Estoniya parlamenti Gürcüstan hakimiyyətini tanımır
10:21 23.01.2025
Kanada Rusiya aktivlərinin bir hissəsini dondurdu
10:14 23.01.2025
Los-Anceles yenə yanır
10:12 23.01.2025
Bakı metrosundakı eskalatorların 90 %-i yeni nəsil analoqları ilə əvəzlənib
10:02 23.01.2025
Milli mətbuatın 150 illiyi münasibətilə yubiley medalı təsis ediləcək
09:46 23.01.2025
ABŞ Ədliyyə Nazirliyinə miqrantları deportasiya etmək səlahiyyəti verilib
09:28 23.01.2025
Milli Məclisdə yeni nəsil rəqəmsal hüquqlarla bağlı qanun layihəsi hazırlanacaq
09:21 23.01.2025
"Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Aİ nəqliyyat dəhlizi tam fəaliyyətdədir"
09:05 23.01.2025
İsrail daha dörd girovun azad edilməsini gözləyir
08:42 23.01.2025
Osteoartritin müalicəsi üçün qabaqcıl üsul hazırlanıb
08:18 23.01.2025
İsrail Rusiya istehsalı olan silahların Ukraynaya verilməsi barədə bəyanatları təkzib edib
07:22 23.01.2025
Marko Rubio Panamaya gedəcək
06:27 23.01.2025
Hamısı