“Christie's” Beynəlxalq Hərrac Evi noyabr ayında Nyu-Yorkda müasir incəsənət hərracı keçirəcək.
Ednews xəbər verir ki, fransız rəssam Klod Monenin indiyədək sərgilənməmiş tablosu satılacaq.
"Le bassin aux nympheas" ("Gölməçədə su zanbaqları") adlı rəsm əsəri 1917-1919-cu illər arasında yaradılmış və 1972-ci ildən adı açıqlanmayan şəxsi kolleksiyada saxlanılır.
Qeyd edək ki, rəsmin minimal dəyəri 65 milyon dollardır.
Aynurə İsmayıl