"Kill to Live" (1973) və "Never Say Never" (1983) kimi filmlərdə Ceyms Bond obrazını canlandıran Ser Rocer Murun şəxsi xatirə əşyaları kolleksiyası satılıb.
Ednews ntv-yə istinadən xəbər verir ki, Ceyms Bond obrazı ilə yadda qalan aktyorun ailəsi Murun xatirə əşyalarından ibarət şəxsi kolleksiyasını hərracda 1,1 milyon funta satıb.
Əşyalar arasında Bondun 40 illik yubileyinə həsr olunmuş geniş saat kolleksiyası da var idi. Aktyorun “Ölümün mənzərəsi” (1985) filmində geyindiyi xizək kostyumu, palto və ipək qalstuk da satılan əşyalar arasında olub.
Murun ailəsi gəlirin bir hissəsinin UNICEF-ə bağışlanacağını deyiblər.
Qeyd edək ki, aktyor 2017-ci ildə 89 yaşında dünyasını dəyişib.
Oğuz