Azərbaycanda niyə keyfiyyətli tərcümə əsərləri az olur? – SORĞU

Mədəniyyət 16:00 17.10.2023

Azərbaycanda xarici kitabların, ədəbi mətnlərin tərcüməsi sahəsində bəzi ciddi problemlər var. Son illər tərcümə sahəsində peşəkar mütəxəssislər də çatışmır. Bunun səbəbləri nələrdir? Niyə keyfiyyətli tərcümə əsərləri az olur? Peşəkar tərcüməçilərimiz azdır? 

Ednews bu barədə yazarlar arasında sorğu keçirib. Cavabları təqdim edirik:

Səfər Alışarlı:

1622638568939_A1CbzwL1.png

“Azərbaycanda sovet dövründə keyfiyyətli tərcümələr çox olub. O vaxt başdansovdu iş görmək mümkün deyildi, ciddi nəzarət vardı: mətndə təhrif edilmiş bir fikrə görə adamın kitabını bağlayardılar. Dövlət həmin dəqiqliklə də tərcüməçinin qonorarını ödəyirdi. Bugünkü keyfiyyətsiz tərcümə işlərinin səbəbi çoxdur, ən başlıcası ayrılan dövlət vəsaitinin donor və araçılar tərəfindən oğurlanmasıdır. Nəşr edilən tərcümə kitablarının üz qabığı cəlbedici, içi isə itələyicidir”.

Etimad Başkeçid:

etimadbaskecid5.jpg

"Bilmirəm, hardan başlayım… Əvvəla barmaqla göstəriləcək qədər gözəl tərcümə mətnləri və tərcüməçilər hər yerdə, bütün ölkələrdə azdır. Necə ki, yaxşı yazıçı, şair, nə bilim, gözəl memar azdır. Ona görə ki, bu iş anadangəlmə bəzi xüsusiyyətlər və xüsusi istedad tələb eləyir. Amma bu o demək deyil ki, bizim naşirlər, əksər hallarda olduğu kimi, hər şeyi başlı-başına buraxmalıdır. Əksinə, o deməkdir ki, indiki şəraitdə, heç olmasa, ən elementar tərcümə standartlarını təmin etmək üçün əlavə səy göstərməyə ehtiyac var. 

Çünki bu rutin belə davam etməyəcək – dialektikanının qanununa görə yerində saymaq olmur, ya irəli gedirsən, ya da geriləyirsən. Kəmiyyətin keyfiyyətə keçmədiyi yerdə marginallaşma və ölüm qaçılmazdır.  

Tərcümə prosesinin bütün siklinə nəzarət edilməli, mətn bütün lazımi filtirlərdən keçməlidir. Təbii ki, təkmilləşməyə hər zaman ehtiyac var. Bu, bütün ölkəboyu belə olmalıdır. 

Ən böyük problem, zənnimcə, tərcüməçinin əməyinin qiymətləndirilməsində sovetlər dönəmindiki «uravnilovka» (hamını bərabər tutma) bəlasından qurtula bilməməyimizdir. Tərcümə mətninin keyfiyyətinə, növünə, mürəkkəblilik dərəcəsinə və s. görə ödəniş müəyyənləşməlidir. 

Şəxsən mən kitab alanda, tərcüməçinin adına baxıb alıram. Bilirəm ki, çox keçməyəcək, çox adam belə eləyəcək. 
Əsas problemlərdən biri də refleksiyanın yoxluğudur – heç nə təhlil olunmur, heç nə heç nədən fərqləndirilmir, tekstin özünəxas estetik siqləti, məna yükü, ümumi ab-havanın, personajların xarakteristikasının doğru-dürüst çatdırılması, adekvatlıq və şəffaflıq prinsiplərinin gözlənilməsi və s. və i. a. kimi mətləblər müzakirə edilmir, nəzəriyyə yox dərəcəsində, dünyala aparılan diskussiyalar bizə gəlib çatmır və s. Bütün bunlar inşallah mənim yaratdığım «Metafora» platformasında olacaq. Hər halda buna çalışacağıq".

Rasim Qaraca:

381009913_825007442512849_8524966679113929366_n.jpg

“Müstəqil nəşriyyatların meydana gəlməsi və formalaşması, bilirsiz, bizdə yeni hadisədir. Təqribən 20 il əvvəl ana dilində kitab bazarı çox yoxsul idi, yeni meydana atılan nəşriyyatlar bu boşluğu doldurmaq üçün tələb olunan kitabları, məşhur əsərləri tələm-tələsik çap edib oxucuya çatdırmaq yarışına girmişdi, O zamanlar oxucu da ac idi və kitablardakı xətalar çox da gözə görünmürdü. İllər keçdikcə tələb artmağa, iradlar çoxalmağa başladı. Artıq nəşriyyatlar başa düşür ki oxucunu qazanmaq üçün yalnız keyfiyyətli tərcümə və redaktə olunmuş kitablar lazımdır. Düşünürəm ki, rəqabət gücləndikcə səviyyə də yüksələcək, tərcüməçilər və redaktorlar da məsuliyyəti artıracaq. Buna baxmayaraq, yaxşı tərcüməçilərimiz hər zaman olub. Ən azı 50 tərcüməçi adı çəkmək olar ki, onlar bütün dövrlərdə öz işinə məsuliyyətlə yanaşıb. Bizim Alatoran nəşriyyatı ətrafında hal-hazırda sağlam tərcüməçi qrupu fəaliyyət göstərir, son illərdə səviyyəli redaktorlarla işləməyə üstünlük veririk. Artıq, bir hərf səhvini bağışlamayan oxucuyla üz-üzə oluğumuzun fərqindəyik. Keyfiyyətsiz kitab nəşr edən nəşriyyatlar sadəcə olaraq, rəqabətə davam gətirməyəcək, oxucular onları seçməyəcək”.

Aqşin Yenisey:

2023-01-07-12-23-15xHt4nb7hQmYpkVBCt0MD_file.jpg

“Azərbaycanda peşəkər tərcüməçilər çoxdur, onların sayı ədəbi tərcümə sahəsində azdır. Çünki ədəbi tərcüməyə heç kim pul xərcləmək istəmir. Şirkətlərdə işləyən dörd-beş əcnəbi dili ana dili kimi bilən və yüksək maaş alan tərcüməçi nə üçün gəlib qəpik-quruş müqabilində hekayə tərcümə etməlidir?”

Oğuz

BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib
00:03 12.05.2024
İngiltərə Premyer Liqası: “Tottenhem” Premyer Liqanı tərk edən “Börnli” üzərində əzmkar qələbə qazanıb
23:40 11.05.2024
Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq
23:23 11.05.2024
Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib
23:00 11.05.2024
Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib
22:40 11.05.2024
Ukrayna Rusiyanın Su-25 qırıcısını vurub
22:22 11.05.2024
Belqorodda ağır yol qəzasında hərbçilər də daxil olmaqla 8 nəfər yaralanıb
22:00 11.05.2024
Fəxrəddin Manafov "Xarıbülbül" festivalı barədə ürək sözlərini bölüşdü - VİDEO
21:30 11.05.2024
Lənkəranda əsas təkandan sonra xırda afterşoklar qeydə alınıb
21:25 11.05.2024
Donetskin atəşə tutulması nəticəsində 9 nəfər ölüb
21:16 11.05.2024
Zeynəb Xanlarova "Xarıbülbül" festivalından danışdı - VİDEO
21:00 11.05.2024
ABŞ səfiri: ADA Universiteti və Vaşinqton Hüquq Kollecinin tərəfdaşlığı akademik dialoqa töhfə verir
20:51 11.05.2024
"Heç kəsin yuxusuna da gəlməzdi ki..." - Polad Bülbüloğlu - VİDEO
20:30 11.05.2024
FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb
20:25 11.05.2024
"Azərbaycan inkişaf möcüzəsi ilə dünyanı heyrətləndirməkdə davam edəcəkdir"
20:09 11.05.2024
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində ilk gənclər konfransı keçirilib
19:55 11.05.2024
"Zəfərimizə layiq bir festival oldu" - Anar Rzayev - VİDEO
19:53 11.05.2024
İspaniyalı jurnalist-fotoqraf: Qarabağda gördüyüm mina təhlükəsi və dağıntılar məni dəhşətə gətirdi
19:43 11.05.2024
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında çıxış edib - VİDEO
19:15 11.05.2024
Azərbaycan qarğıdalı idxalını 34 % artırıb
19:15 11.05.2024
Zəlzələnin hiss edildiyi rayonlar açıqlanıb
19:10 11.05.2024
Azərbaycanda 5,2 maqnitudalı zəlzələ olub
18:56 11.05.2024
İlham Əliyev Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında çıxış edib - VİDEO
18:48 11.05.2024
Luka Modriç mövsümün sonu "Real"dan ayrılacaq
18:29 11.05.2024
Baş nazir: Gürcüstan Aİ ilə bağlı xarici siyasətini dəyişməyəcək
18:00 11.05.2024
Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb
17:34 11.05.2024
BAMF – ın tərəfdaşı Heidi Kühn ABŞ dövlət katibi Entoni Blinken ilə görüşüb - FOTOLAR
17:08 11.05.2024
Makrondan növbəti VƏD: “Aİ Ukraynaya hərbi dəstəyi gücləndirəcək”
17:00 11.05.2024
“Xarıbülbül” festivalına ICESCO-ya üzv ölkələr də qatılıb
16:30 11.05.2024
DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
16:00 11.05.2024
İspaniyalı fotoqraf Qervasio Sançez BAMF-ın qonağı olub - FOTOLAR
15:40 11.05.2024
ICESCO-nun Baş direktoru: Heydər Əliyev Fondu əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir
15:30 11.05.2024
Baş direktor: “ICESCO işğaldan azad olunmuş torpaqlara ayaq basan ilk beynəlxalq missiyadır”
15:25 11.05.2024
Prezident: “Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir”
15:23 11.05.2024
İlham Əliyev: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:20 11.05.2024
İlham Əliyev: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:18 11.05.2024
Rusiya ordusu Ukraynanın 6 yaşayış məntəqəsini nəzarətə götürüb
15:15 11.05.2024
Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir
Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir
15:14 11.05.2024
Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir
Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir
15:14 11.05.2024
Azərbaycan lideri: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq - VİDEO
15:12 11.05.2024
Hamısı