Naxçıvanda Ulu Öndər Heydər Əliyevə həsr olunan konfrans keçirilib

Mədəniyyət 17:05 19.10.2023

Naxçıvan şəhərində Azərbaycan Gənclər Fondunun, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun və Gənclər Təşkilatları Milli Şurasının birgə təşkilatçılığı ilə “Heydər Əliyev və gənclər siyasətinin Azərbaycan modeli” mövzusunda konfrans keçirilib.

Bu barədə Ednews-a Azərbaycan Gənclər Təşkilatları Milli Şurasından (NAYORA) məlumat verilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyində dahi şəxsiyyətin həyatını və dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

NAYORA-nın Baş katibi Ramin Həbibzadənin moderatorluğu ilə Naxçıvan Gənclik Mərkəzində baş tutan konfrans öz işinə Ulu Öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru, Milli Məclisin deputatı Cəbi Quliyev açılış nitqi ilə çıxış edib və bununla da tədbirin rəsmi hissəsi başlayıb.

Rəsmi hissədə Azərbaycan Prezident Administrasiyasının Gənclər Siyasəti və İdman Məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov, Azərbaycan Gənclər Fondunun icraçı direktoru vəzifəsinin icraçısı Qədir Xəlilov, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva və NAYORA-nın sədri Azər Əliyev çıxış ediblər. Onlar öz çıxışlarında bu gün müstəqil Azərbaycanın uğurla inkişaf etməsinin məhz Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin bəhrəsi olduğunu, həmin siyasi xəttin ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusilə vurğulayıblar. Həmçinin, İkinci Qarabağ müharibəsində qazanılmış tarixi Zəfərin ölkəmizin hərbi qüdrəti ilə yanaşı, həm də Ümummilli Liderimiz Heydər Əliyevin böyük müdrikliklə işləyib hazırladığı və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən xarici siyasət strategiyasının qələbəsi olduğu bildirilib.

Rəsmi hissə yekunlaşdıqdan sonra bədii hissədə Naxçıvan Dövlət Filarmoniyası Ulu Öndərə həsr olunmuş mahnılardan ibarət konsert proqramı ilə çıxış edib. Daha sonra tədbir iştirakçıları Heydər Əliyevin həyatı, siyasi və dövlətçilik fəaliyyəti ilə bağlı gənclərin və tələbələrin rəsm işlərindən ibarət sərgi ilə tanış olublar.

Qeyd edək ki, günün ikinci yarısı paralel panel müzakirələri ilə davam edib. Moderatorluğunu Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun Gənclər təşkilatları və gənclərlə iş şöbəsinin mütəxəssisi Tural Məmmədzadənin etdiyi paneldə YAP Naxçıvan Muxtar Respublikası Təşkilatının Gənclər Birliyinin sədri Arzu Qasımov, Naxçıvan Dövlət Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru Arzu Abdullayev, Böyük Qayıdış Gənclər Təşkilatının sədri Nail Şükürov, DAVAM Gənclər Hərəkatının sədri Nihad Allahyarlı spiker qismində iştirak ediblər. “Heydər Əliyev və Azərbaycan gəncliyinin təşkilatlanma prosesi” mövzusunda baş tutan panel interaktiv formatda keçirilib, iştirakçıların ünvanladıqları çox saylı suallar cavablandırılıb.

“İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlının moderatoru olduğu “Heydər Əliyevin Azərbaycançılıq ideologiyasının gənc nəslin sosial-mənəvi inkişafına təsiri” mövzusunda keçirilən digər bir panelin spikerləri isə Azərbaycanlı Tələbə və Məzunlar Platformasının sədr müavini Rafael Hacıbəyli, “Naxçıvan” Universitetinin elm, innovasiya və beynəlxalq əlaqələr üzrə prorektoru, təhsilin idarəedilməsi, təftişi, planlanması və iqtisadiyyatı üzrə fəlsəfə doktoru Rza Məmmədov, “Naxçıvan qaziləri” İctimai Birliyinin gənc üzvü Əli Əlisoy və Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev olublar.

Panel müzakirələrindən sonra xatirə fotosu çəkilib və konfrans işini yekunlaşdırıb.

Qeyd edək ki, “Heydər Əliyev İli” çərçivəsində keçirilən konfransın məqsədi Ulu Öndərin zəngin irsinin və həyat yolunun gənclər təşkilatları arasında təbliği, həmçinin gənclərin bu istiqamətdə məlumatlılığının artırılmasından ibarət olub.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı