Tanınmış şair Əliyev Balayar Sadiqoğlu (Balayar Sadiq) huşsuz vəziyyətdə 22.10.2023-cü il tarixində Təcili Tibbi Yardım avtomobili ilə TƏBİB-in tabeliyində olan Kliniki Tibbi Mərkəzə gətirilib.
Ednews xəbər verir ki, sonra o, Komputer tomoqrafiyası edilib.
Həkimlərin müayinəsinə əsasən ona işemik insult diaqnozu qoyulub. Nitqində problem yaranıb. Hazırda şair reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir.
Xatırladaq ki, bu gün o, 28 May metrosunun yaxınlığında huşunu itirərək yerə yıxılıb və təcili yardım avtomobili ilə xəstəxanaya aparılıb.
Qeyd edək ki, B.Sadiq 1965-ci ildə Lerik rayonunda anadan olub.