"Tesla", "SpaceX" və "X" (Tvitter) şirkətlərinin sahibi, milyarder İlon Maskın həyatından bəhs edən film çəkiləcək.
Ednews xəbər verir ki, filmin rejissoru Darren Aronofski olacaq.
Film Uolter İsaaksonun yazdığı və sentyabrda nəşr olunan "İlon Maskın tərcümeyi-halı"ndan uyğunlaşdırılacaq.
Qeyd edək ki, Mask hazırda 223,8 milyard dollar sərvəti ilə Forbes-in milyarderlər siyahısında birincidir.
Oguz