Xalq artisti İlham Namiq Kamal sənətçiləri qınayıb.
Ednews xəbər verir ki, aktyor qonaq olduğu "Gündən-günə" verilişində bildirib ki, sənətçilər efirdə xoş olmayan davranış nümayiş edirlər.
"Bəzi sənətçilər var ki, bir rol oynayır, həyatda da özünü o cür aparırlar. Bəzi sənət adamları çıxıb efirdə elə hərəkət edirlər ki... Utanıram, xəcalət çəkirəm. Düşünürəm ki, görəsən onun bir yiyəsi, uşağı, ailəsi yoxdur? Ona görə də təvəzökar olmaq lazımdır. Allah sənət, görkəm verir, başqa nə lazımdır?", - deyə Xalq artisti vurğulayıb.