Öz ifasından zəhləsi gedən, oğlunu danışdırmayan Qədir Rüstəmov haqqında Maraqlı faktlar

Mədəniyyət 12:45 20.11.2023

Bu gün Xalq artisti Qədir Rüstəmovun doğum günüdür. Ednews mərhum sənətçi haqqında martaqlı faktları təqdim edir.

Qədir Rüstəmov 1935-ci ildə Ağdam rayonunda anadan olub, burada xanəndə kimi yetişib.

Əvvəlcə, Azərbaycan Dövlət Musiqi Məktəbində ustad-xanəndə Hacıbaba Hüseynovdan muğam dərsləri almış, sonradan Ağdamda təhsilini davam etdirmişdir. Məlahətli səsi və özünəməxsus ifa tərzi ilə xalqın rəğbətini qazanan Qədir Rüstəmov xanəndə kimi məşhurlaşmışdır.

Çoxu bilmir ki, Qədir Rüstəmova ilk xeyir-duanı Xan Şuşinski verib. O, məclislərin birində Qədirə deyib: “Ay qara oğlan, oxu görək, səsini yaman tərifləyirlər.” Qədir orda “Qarabağ şikəstəsi” oxuyub, Xan başını təmkinlə yellədərək deyib: “Sən sənətkar olacaqsan!”.

***

Ağdam şəhərinə atılan raketlərdən biri Qədirin əkdiyi tut ağacının budağını yaralayır. Qədir o tutdan iki dəyirmi ağac kəsir. Həyat yoldaşı həmin ağacları Azərbaycan Milli Tarix Muzeyinə bağışlayır.

Qədir Rüstəmov balıq tutmağı, ova getməyi və maşın sürməyi çox sevib. Onun balıq sevdası haqqında çoxsaylı əhvalatlar var. Biri budur ki, Bakıdan Lənkərana vəzifədə işləyən dostunun yanına gedir, ondan ciddi-ciddi xahiş edir: “İcazə ver, balıq vətəgəsində qarmaqla balıq tutum!” Dostu təəccüblənir. “Ay Qədir, balıq lazımdı, denən bir “KAMAZ” verim, bu boyda adam gedib dənizə qarmaq sallayacaqsan?” Nəticə: Qədir dostundan küsür və Lənkəranı tərk edir! Onu güc-bəla saxlayıb üzr istəyirlər.

Qədir Rüstəmov qaçqın düşəndə Oğuz rayonunda yaşayırdı. Ağdamlı telejurnalist Fəxrəddin Hacıbəyli onun haqqında veriliş çəkib AzTV-də verəndən sonra elə bil hamının yadın düşdü. Bundan sonra Heydər Əliyev onu Bakıya çağırdı, ev və maşın bağışladı.

***

Qədirin müğənnilik edən oğlundan zəhləsi gedirdi. Onunla danışmırdı. Hər dəfə onunla bağlı nəsə soruşanda əsəbləşir, suala cavab vermirdi. Səbəbi qəribə idi: “Niyə gedib restoranlarda oxuyur?!”

Onun öz ifasından da zəhləsi gedirdi. Xüsusən “Sona bülbüllər”dən . Bir dəfə Ağdamda uşaqlar onun uzaqdan gəldiyini görüb hörmət əlaməti olaraq “Sona bülbülləri” oxudurlar, üstlərinə yeriyir, hamısını söyüb-batırır. Əvvəl elə bilirlər Qədir cavanların onu ələ saldığını düşünür. Sonra məlum olur ki, özünün bu ifasında heç xoşu gəlmir, hər dəfə eşidəndə əsəbləşir.

Bir dəfə mətbuatda etiraf etmişdi ki, bütün Azərbaycanı tilsimə salan “Sona bülübüllər” mahnısına özü bir dəfə də başdan-ayağa qulaq asmayıb. Orda-burda nə eşidibsə, odur.

***

Qədir həm də böyük sənətkarlarla dolanmırdı. Onun Habil Əliyevlə, həmyerlisi Rəmişlə, Avtandil İsrafilovla böyük skandalları olmuşdu. “Mətbuatda dediyi “Yekə kişidir, gedib “Cücələrim” çalır, ayıbdır” sözləri Habil kimi yumor hissi yüksək olan və səbirli adamı hövsələdən çıxarmışdı.

Onunla ünsiyyətə girmək çox çətin idi. Ağdamda qonşusu olan bir kişi məclislərin birində etiraf eləmişdi: “Qədir bu dünyanın ən pis qonşusu idi!”

Həyat yoldaşı deyir, Türkiyədə xəstəxanada komada ikən Aqil Abbas yanına gəlmişdi. Həkimlər reaksiyasını yoxlamaq məqsədi ilə xahiş etdi ki, Qədirin qulağına nəsə pıçıldasın. Aqil müəllim əyilib deyir, ay Qədir, Ağdamı alıblar, aç gözlərini, dur gedək! Bu vaxt əli tərpənməyə başladı.

Oğuz 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Smartfonunuzun işığı yuxu rejiminizi poza bilər
12:35 08.07.2025
Çin-Nepal Dostluq Körpüsü uçdu
12:20 08.07.2025
Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Hamısı