Gizlin evlənən, otel otağında huşsuz tapılan "Əhmədin" faciəvi həyatı - Maraqlı faktlar

Mədəniyyət 12:30 24.11.2023

Bu gün məşhur aktyor Səyavuş Şəfiyevin anım günüdür. Ednews onun həyat və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.

Səyavuş Məmməd oğlu Şəfiyev 1937-ci il sentyabrın 1-də Beyləqanda anadan olub. Məktəb illərindən idmanla məşğul olan Səyavuş boks üzrə müxtəlif yarışların qalibi olub. Valideynləri onun hüquqşünas və ya həkim olmasını istəsələr də, o, sənədlərini Ümumittifaq Sirk Məktəbinə verir. Akrobatika üzrə dərəcə alır, məktəbi bitirəndən sonra “Soyuzsirk”ə göndərilir. Moskva sirkində tanınmış artistlərlə işləyən Siyavuş tezliklə öz işinin peşəkarına çevrilir.

***

1972-ci ildə Səyavuş Bakıya, yenicə açılmış sirkə bədii rəhbər göndərilir. Bakıda quruluş verdiyi sirk proqramları böyük məşhurluq qazanır. Bakı Teatr məktəbinin rejissorluq fakültəsinə daxil olur. Adil İsgəndərovdan dərs alır.
Koroğlu rolunu o canlandırmalı imiş, ancaq sirkin qastrol səfərinə görə alınmır.
O, ilk dəfə "Əhməd haradadır?"da Əhməd roluna çəkilir.

Film ekranlara çıxandan sonra rejissor Adil İsgəndərov sovet senzurasının ciddi tənqidlərinə məruz qalır. “Burjua-meşşan elementləri ilə zəngin” film kimi xarakterizə edilir.

***

“Uşaqlığın son gecəsi” filmi Gürcüstanda keçirilən festivalda mükafat alır. Daha sonra o, “Ən vacib müsahibə” filmində jurnalist Altay obrazını canlandırır. Onu bir dəfə görmək üçün saatlarla gözləyənlər olub. Bacıları xatırlayırlar ki, telefonun dəstəyi yerə dəyməzdi.

***

Səyavuş Şəfiyev Moskvada hamıdan gizlin evlənir, qızı Bakıya - nənəsigilə gətirir. Bir gün nənə gəlini də götürüb Səyavuşun ata-anasının yanına gəlir ki, belə ailə olmaz, xeyir-dua verin. Səyavuşun inadını görən valideynlər yenə onunla razılaşmalı olurlar.

Əməkdar artist adına layiq görülsə də, evi yox idi. Hökumətə müraciət edir, ona mikrorayondakı panel binadan ev verirlər. Səyavuş inciyir, evdən imtina edir: “Mən ömür boyu Bakının mərkəzində yaşamışam, mikrorayonun yolunu tanımıram”.

***

Oğlunun sındığını görən anası Südabə xanım dözmür, beyninə qan sızır. Səyavuş özünü anasının ölümündə günahkar hesab edir və “mən də belə öləcəm” deyir.

Moskva sirk kollektivi təzədən Səyavuşa iş təklif edir. Ona fəxri ad, mənzil vəd edirlər. Ailəsini də götürüb Moskvaya gedir və sirk birliyinin baş rejissoru işləməyə başlayır. Moskva sirki ilə dünyanı gəzən Səyavuş Şəfiyev nə vaxtsa Bakıya qayıdacağının ümidi ilə yaşayır. Bacıları üçün darıxır.

Moskva sirk kollektivi Fransanın Havr şəhərində olanda faciə baş verir. Belə ki, məşqə gəlməyən rejissor hotel otağında huşsuz tapılır. Həkimlərin dediklərinə görə, onun beyninə qan sızıbmış.

O, Qızıl Ayparanın təyyarəsi ilə Moskvaya gətirilir. Aktyoru Bakıya göndərmək istəslər də, razılaşmır.

Doqquz il yataq xəstəsi olur. Bu illər ərzində xanımı, qızı Cəmilə, bacıları növbə ilə ona qulluq edirlər. 2001-ci il noyabrın 25-də, anasını itirdiyi gün vəfat edir.

Vəsiyyətinə əməl olunub: Aktyor Bakıda dəfn edilib.

***

Amerikada yaşayan qızı hamilə olduğuna görə atasının dəfninə gələ bilmir. Ancaq atasının qəbir daşındakı bu misraları göndərir. “Dostum, sevincim, fərəhim, fəxrim, idealım, yeganə sevdiyim.... Atam, rahat uyu. Əbədi bizimləsən, qəlbimdəsən, səni heç vaxt unutmayacam. Həmişəki kimi parlayan günəşimsən, sənin işığının şölələri altındayam. Səni çox sevən qızın və doğmaların”.

Oğuz 

BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib
00:03 12.05.2024
İngiltərə Premyer Liqası: “Tottenhem” Premyer Liqanı tərk edən “Börnli” üzərində əzmkar qələbə qazanıb
23:40 11.05.2024
Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq
23:23 11.05.2024
Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib
23:00 11.05.2024
Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib
22:40 11.05.2024
Ukrayna Rusiyanın Su-25 qırıcısını vurub
22:22 11.05.2024
Belqorodda ağır yol qəzasında hərbçilər də daxil olmaqla 8 nəfər yaralanıb
22:00 11.05.2024
Fəxrəddin Manafov "Xarıbülbül" festivalı barədə ürək sözlərini bölüşdü - VİDEO
21:30 11.05.2024
Lənkəranda əsas təkandan sonra xırda afterşoklar qeydə alınıb
21:25 11.05.2024
Donetskin atəşə tutulması nəticəsində 9 nəfər ölüb
21:16 11.05.2024
Zeynəb Xanlarova "Xarıbülbül" festivalından danışdı - VİDEO
21:00 11.05.2024
ABŞ səfiri: ADA Universiteti və Vaşinqton Hüquq Kollecinin tərəfdaşlığı akademik dialoqa töhfə verir
20:51 11.05.2024
"Heç kəsin yuxusuna da gəlməzdi ki..." - Polad Bülbüloğlu - VİDEO
20:30 11.05.2024
FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb
20:25 11.05.2024
"Azərbaycan inkişaf möcüzəsi ilə dünyanı heyrətləndirməkdə davam edəcəkdir"
20:09 11.05.2024
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində ilk gənclər konfransı keçirilib
19:55 11.05.2024
"Zəfərimizə layiq bir festival oldu" - Anar Rzayev - VİDEO
19:53 11.05.2024
İspaniyalı jurnalist-fotoqraf: Qarabağda gördüyüm mina təhlükəsi və dağıntılar məni dəhşətə gətirdi
19:43 11.05.2024
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında çıxış edib - VİDEO
19:15 11.05.2024
Azərbaycan qarğıdalı idxalını 34 % artırıb
19:15 11.05.2024
Zəlzələnin hiss edildiyi rayonlar açıqlanıb
19:10 11.05.2024
Azərbaycanda 5,2 maqnitudalı zəlzələ olub
18:56 11.05.2024
İlham Əliyev Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında çıxış edib - VİDEO
18:48 11.05.2024
Luka Modriç mövsümün sonu "Real"dan ayrılacaq
18:29 11.05.2024
Baş nazir: Gürcüstan Aİ ilə bağlı xarici siyasətini dəyişməyəcək
18:00 11.05.2024
Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb
17:34 11.05.2024
BAMF – ın tərəfdaşı Heidi Kühn ABŞ dövlət katibi Entoni Blinken ilə görüşüb - FOTOLAR
17:08 11.05.2024
Makrondan növbəti VƏD: “Aİ Ukraynaya hərbi dəstəyi gücləndirəcək”
17:00 11.05.2024
“Xarıbülbül” festivalına ICESCO-ya üzv ölkələr də qatılıb
16:30 11.05.2024
DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
16:00 11.05.2024
İspaniyalı fotoqraf Qervasio Sançez BAMF-ın qonağı olub - FOTOLAR
15:40 11.05.2024
ICESCO-nun Baş direktoru: Heydər Əliyev Fondu əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir
15:30 11.05.2024
Baş direktor: “ICESCO işğaldan azad olunmuş torpaqlara ayaq basan ilk beynəlxalq missiyadır”
15:25 11.05.2024
Prezident: “Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir”
15:23 11.05.2024
İlham Əliyev: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:20 11.05.2024
İlham Əliyev: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:18 11.05.2024
Rusiya ordusu Ukraynanın 6 yaşayış məntəqəsini nəzarətə götürüb
15:15 11.05.2024
Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir
Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir
15:14 11.05.2024
Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir
Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir
15:14 11.05.2024
Azərbaycan lideri: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq - VİDEO
15:12 11.05.2024
Hamısı