Dünya və Azərbaycan ədəbiyyatında şişirdilmiş yazıçılar az olmayıb. Onların nüfuzu, şöhrəti yazdıqları ədəbi mətnlərdən daha üstün olub.
Ednews yazıçılar arasında sorğu keçirib - Şişirdilmiş hesab etdiyiniz yazıçı varmı? Sorğunun cavablarını təqdim edirik:
Xalq şairi Sabir Rüstəmxanlı:
“Bu suala cavab vermək çətindir. Keçən əsrin rəsmiləşmiş, mükafatlandırılmış ədəbiyyat aləmində yer-yerindən oynayar”.
Yazıçı Səfər Alışarlı:
“Azərbaycandakı pullu yazıçıların 99 faizi şişirtmədir, 1 faizi fısı yatmış. Bizdə həqiqi yazıçıları acından öldürürlər. Mirzə Cəlili, Sabiri bunlar öldürmədimi?”
Yazıçı Həmid Herisçi:
“Şişməyən, şişirdiləməyən bircə yazarımız var-Sabir Əhmədli.Yazdığı "Yasaq edilmiş oyun" əsəri dünya miqyasında böyük sərdi. Mən bu əsər haqda yaxşı tədqiqat yazmışam. Bilirəm "şişməyən yazar" nə deməkdi”.
Yazar Günel Natiq:
“Haruki Murakami. Əsərləri inandırıcı deyil, heç bir hiss buraxmır, mənasız, hətta xeyli əttökəndir. Sadəcə olaraq özünü təqdim edə bilib, reklam işini yaxşı qurub. Təsadüfi deyil ki, Nobel mükafatına iddiası da "təmin edilməyib".
Şair Aqşin Evrən:
"Sözsüz ki, “bunun nəyini tərifləyirdilər” dediyim şeir də, hekayə də, roman da, film də olub. Adları yadımda qalmayıb. Hansısa şişirdilmiş yazıçını oxuyurlarsa, oxusunlar da. Amma ümumilikdə hansısa şəxsin şişirdilməsində pis bir şey görmürəm. Şişirdilən nəsnə əvvəl-axır partlayır. Bir az aralı dayanmaq lazımdır, Allah göstərməsin, özümüzə bir şey olar".
Oğuz