Böyük yazıçıların ən qəribə xüsusiyyətləri - ARAŞDIRMA

Mədəniyyət 17:00 25.01.2024

Dünya ədəbiyyatında əsərləri, həyatları, qeyri-adi fikirləri, düşüncələri ilə tarixin yaddaşında iz qoyan yazıçılar olub. Yazdıqlarıyla yaşadıqları zamana, hətta sonrakı dövrlərə də təsir etmişdilər. Biz oxucular onları həmişə ədəbiyyatın Tanrısı kimi görürük. Yaratdıqları əsərlərdə müqəddəslik, həqiqət axtarırıq.

Ednews məşhur yazıçıların ən qəribə xüsusiyyətlərini təqdim edir:

"Səfillər" və "Notr-Dam Kilsəsi” kimi əsərləri yaradan yazıçı Viktor Hüqo maraqlı xüsusiyyətlərə malik idi. Belə ki, qocalmaq qorxusu yaşayan yazıçı bədənini diri tutmaq üçün hər səhər buzlu suyla yuyunur, səsi gözəl çıxsın deyə çiy yumurta içərdi. Kirli-pasaqlı görünməkdən qorxan yazıçı; hər zaman qəşəng geyinər, hər gün bərbərə gedib saçını düzəltdirər, saatlarla aynada özünə baxardı.

Mark Tvenin bir çox ləqəbləri var idi. Bunlara misal olaraq Avara, Coş, Tomas Cefferson Snodqrass, Serjant Fatom və U. Epaminondas Adrastus Blab. Mark Tven öz dövrünün ən sirli insanı – ixtiraçı Nikol Tesla ilə dostluq edirdi. Bundan əlavə, Tven pişikləri çox sevir və uşaqlara nifrət edirdi. Tven çox siqaret çəkirdi və məşhur deyimin müəllifidir: "Siqaret çəkməyi tərgitməkdən asan heç nə yoxdur. Mən bunu yaxşı bilirəm, çünki artıq bunu min dəfə etmişəm”. O hələ 18 yaşında ikən siqaret çəkməyə başlamış və ömrünün sonuna qədər gündə 20-40 arası siqaret çəkirdi. Bununla yanaşı, o həmçinin ən ucuz və pis qoxulu siqretləri seçirdi.

"Monte Kristo Qrafı”, "Üç muşketyor”, "Dəmir maskalı adam”əsərlərinin müəllifi Aleksandr Düma zəhmetkeş və məhsuldar bir yazıçı idi. Əsərləri dünya ədəbiyyatında çox məşhur və 100 min nüsxə ilə satılırdı. Ancaq həddindən artıq qadınlara qarşı tükənməz bir sevgisi vardı. Belə ki evli olmasına baxmayaraq eyni dövrdə 40 sevgilisi olduğu deyilirdi. Dümanın sağlığında dörd, öldükdən sonra isə üç qeyri-qanuni uşağı ortaya çıxmışdır.

Edqar Allan Po bütün həyatı boyu qaranlıqdan qorxurdu. Ola bilsin ki, bu qorxunun səbəbi onun uşaq ikən qəbiristamlıqda təhsil almağı ilə bağlıdır. Onun oxuduğu məktəb o qədər yoxsul idi ki, şagirdlərə dərs ləvazimatı almaq mümkün deyildi. Bacarıqlı müəllimlərdən biri riyaziyyat dərslərini yaxınlıqdakı qəbiristanlıqda, qəbirlərin arasında keçirdi. Hər şagird özünə bir qəbir seçir və onun üzərindəki tarixləri hesablayırdılar. Və təəccüblü deyil ki, o böyüdükdə bütün dünya üzrə qorxu ədəbiyyatının əsasını qoymuşdur.

İrland yazıçısı, dünya ədəbiyyatının ünlü simalarından biri kimi sayılıb-seçilən Ceyms Coys "Sənətkarın gənclik portreti”, "Uliss”, "Finneqana ehsan»” romanlarının və bəşər mədəniyyəti xəzinəsinə "Dublinlilər” adıyla daxil olmuş silsilə novellaların müəllifidir. Ceyms Coys dünyada hər şeydən çox itlərdən və ildırımdan qorxur, heykəllərə nifrət edirdir və mazoxist idi.

Fransız yazıçı Onore de Balzak qəhvəni çox sevirdi və gün ərzində demək olar ki, 50 fincan tünd türk qəhvəsi içirdi. Onun qəhvə dəmləmək imkanı olmadıqda isə o qəhvə dənələrini sadəcə götürüb böyük zövqlə çeynəyirdi.

Rus ədəbiyyatının böyük yazıçılarından Anton Çexovun da həyatı və xüsusiyyətləri diqqət çəkmişdir. Bütün Rusiya boyu tez-tez və uzun səyahətlərə çıxarmış. O vaxtın adəti idi, hamı səyahət edirdi. Çexovsa arabada səyahət edirmiş, köhnə-küləş bir arabaymış, yağış yağanda su onun yaxasından içəri dolurmuş. Belə hallarda oqəmli-qəmli deyərmiş: Rusiyamız necə də kədərlidir, bunun ardınca gözünün yaşı yağışa qarışırmış. Çexov utancaq idi və göz yaşını kimsəyə hiss etdirməzmiş. Yağış kəsəndən sonra isə, Çexov yol boyu söyüş söyər, qarğış tökər və əsasını havada yellədərmiş. Bunu görən arabaçılar səksənib xaç çəkərmiş, buna görə də Çexovu "Əli əsalı, dəlisov həkim” adlandırırlarmış,uşaqları onunla qorxudurlarmış.

Ameriklı yazıçı Ernest Hemenquey həyatı boyunca bir çox xəstəliklərdən əziyyət çəkirdi. Malyariya, dəri xərçəngi, pnevmaniya və s. bu qəbildən idi. Sonda isə o, bütün bunlara tab gətirə bilmədi və sevimli tüfəngi ilə özünü güllələdi. Bəziləri isə iddia edirdi ki, bu sui-qəsddir.

Vilyam Şekspir - ingilis dramaturq, şair və aktyor, dünya ədəbiyyatının ən məşhur dramaturqlarından biri, ən azı 17 komediyanın, onlarla tarixi pyesin, 11 faciənin və sonetlər silsiləsinin müəllifidir. Atası dövrünün ən zəngin tacirlərindən biri, anası isə ən zəngin torpaq ağalarından birinin qızı idi. Bu mənada şanslı bir adam idi. Dolanışıq çətinliyi kimi bir dərdi olmadığı üçün yazmağa xeyli vaxt tapa bilir, sənət ictimaiyyətiylə iç-içə bir həyat yaşayırdı. Şekspirin qələmə aldığı əsərlərdəki terminlər indiki ingilis lüğətində hələ də istifadə edilməkdədir. Şekspirin ingilis dilinə 3000-dən çox söz qatdığı bildirilir. Hətta, indiki vaxtda xaricilərin uşaqlarına verdiyi Olivia, Miranda və Jessica kimi adlar da Şekspir əsərlərində yaratdığı adlardır.

Oğuz

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı