Yeddi uşağı olmasına baxmayaraq atalıq Robert De Nironun həyatını hər dəfə dəyişdirir. 80 yaşlı Oskar mükafatlı aktyor yeni doğulan qızı haqqında danışarkən göz yaşlarına boğuldu.
Ednews xəbər verir ki, “AARP The Magazine”ə müsahibə verən məşhur aktyor yenidən ata olmaq haqqında danışıb.
Əfsanəvi aktyor sevgilisi Tiffani Çhen və 9 aylıq qızı Jia ilə jurnalın üz qabığını bəzəyib.
Bu yaxınlarda Martin Skorsezenin epik vestern “Killers of the Flower Moon” filmindəki roluna görə qarşıdan gələn Akademiya Mükafatlarında ikinci planda ən yaxşı aktyor kateqoriyasında nominasiyaya layiq görülmüş 80 yaşlı De Niro “hər şey əladır”, – deyib.
Oğuz