Ədəbiyyat fənni tədrisdən çıxarılır? – ƏDƏBİ SORĞU

Mədəniyyət 12:00 06.02.2024

Deyilənlərə görə, yaxın gələcəkdə dünya tədrisində ədəbiyyat bir fənn kimi orta məktəb proqramından çıxarıla bilər. Bu baş verərsə ədəbiyyatsız dünya necə görünər?

Ednews bu barədə tanınmış yazıçılar arasında sorğu keçirib. Cavabları təqdim edirik:

Xalq şairi Sabir Rüstəmxanlı:

“Ədəbiyyatsız dünya ruhsuz bədənə dönər…”

Yazıçı Səfər Alışarlı:

“İnanmıram. Bəlkə də kimlərsə istəyərdi bunu etsin, ancaq elmin əsasını humanitar elmlər təşkil etdiyi üçün Avropa buna yol verməz. Yanlış olaraq belə fikir mövcuddur ki, əsas elmlər dəqiq elmlərdir. Ancaq bilənlər bilir ki, bütün elmlərin bünövrəsində fəlsəfə dayanır. Ədəbiyyat fəlsəfənin ən yaxın qohumudur. Mənə elə gəlir ki, yaxşı ədəbiyyata gələcəkdə ehtiyac daha da artacaq. İnsanı, cəmiyyəti özünə göstərə bilən güzgüdür ədəbiyyat. İnsan özünə kənardan baxa bilməsə, tez çaşar və fəlakət törədər. Hərdən biz o fəlakətləri görürük. Aristotel hətta tarixlə müqayisədə poeziyaya üstünlük verirdi. O deyirdi ki, tarix elmi faktın necə, nə vaxt, harada olduğunu göstərdiyi halda poeziya faktın necə ola biləcəyini ehtimal edərək göstərə bilir”.

Yazıçı, tərcüməçi Etimad Başkeçid:

"Əslində bu məsələnin çox uzun tarixi var. Dünyanın ən böyük filosoflarından sayılan Platon ümumiyyətlə şairləri (o vaxtlar faciə və komediyalar da nəzmdə yazıldığı üçün, bütün ədəbiyyatı şairlər təmsil edirdi,) öz virtual dövlətindən qovmaq istəyirdi. Deyirdi ki, ədəbiyyat dərrakəyə, şüura istinad etmədiyi üçün cəmiyyətə ziyan vurur. Platon rasional və sərt sosial praqmatizmlə uyuşmayan Homerin poemalarını belə senzuraya məruz qoyulmasının tərəfdarıydı. Axı əyyaşlıq edən, oğurluqdan çəkinməyən, bir-birinə kələk gələn, günahsız insanların başına min oyun açan, hətta öldürən və s. tanrıların nümunəsində necə sağlam nəsil yetişdirəsən? İslam doqmatikasında da şairlərə münasibət birmənalı deyil. Bu günlərdə oxuyuram ki, Rus Pravoslav Kilsəsinin yüksək çinli ruhanisi, ixtisasca filoloq olan bir protoirey Buninin «Qafqaz», Çexovun «Sevgi haqqında», Kuprinin «Yasəmən kolu» kimi əsərlərin hansısa mülahizələrlə dərsliklərdən çıxarılmasını tələb edir. Ona başqa ruhanilər də dəstək verir. Təbii ki, bu gedişlə totalitar düşüncəyə xas başqa bu tip təşəbbüslər də irəli sürüləcək. Bunlar ədəbiyyatı «vintcik və təkərcik» kimi görmək istəyən Lenin babanın xələfləridir. 

İnsaf naminə deməliyik ki, bir çox sosial araşdırmaçılar və ya onların dəstəkçiləri də bənzər fikirlər səsləndirir. Onların dediyindən belə qənaət hasil olur ki, uğura, sosial komforta çatmaq istəyi ilə ədəbiyyat sevdalısı olmaq bir araya sığmır, hətta bir-birinə zidd məsələlərdir. Nümunələrin mütləq əksəriyyəti bunu göstərir. Bundansa tətbiqi əhəmiyyəti olan digər yaradıcı fənnlərə üstünlük vermək lazımdır. Belə baxanda, doğrudan da, qarıları baltalamış Raskolnikovun motivləri haqqında saatlarla, günlərlə baş sındırmaq orta məktəb şagirdinin nəyinə lazımdır? Pul üçün öldürüb də! Yaxud «İdiot»un qəhrəmanı Nastasya Filippovna niyə Roqojinin pullarını oda atıb yandırıb? Bunu araşdıran və alim adı alan müxtəlif fikirli, vacib görkəmli sənətkarların hamısının yazılarını oxumaqla nə əldə edirsən? Sən inşalar yazırsan, dərsdənkənar məşğələlərə qatılıb, müəllifin nə demək istədiyini araşdırırsan, hansısa proyektlərdə iştirak edirsən. Bir gün ayılırsan ki, yaş qırxa çatıb, ontoloji məsələlərlə o qədər uğraşmayan tay-tuşların oğul-uşaq sahibidir, öz həyatını qurub, səninsə nə iqtisadiyyatdan, psixologiyadan, nə də siyasətdən başın çıxır. Əvəzində alternativ, evfemer, mövcud olmayan nəsnələr üzrə mütəxəssissən və çox zaman heç nəyin yiyəsisən. Yəni hər şey qədərində yaxşıdır… Ədəbiyyatın bir fənn kimi nə vaxtsa məktəb proqramından çıxarılacağına inanmıram. Çıxarılsa belə, indiki internet və kommunikasiya texnologiyaları dövründə mənasız iş görmüş olacaqlar. Onsuz da, çox zaman orta məktəblərdə insanları ədəbiyyatdan iyrəndirməklə məşğul olurlar".

Yazıçı Zahid Sarıtorpaq:

“Bu gün sosial şəbəkələr bütün dünyada qadağan olunsa, həyat necə görünərsə, ədəbiyyat da bir fənn kimi dərsliklərdən çıxarılsa, şəxsən mənə görə, dünya da eləcə bir duruma düşər. Amma, bu, heç vaxt baş verməyəcək. Nəsə, inanmıram...”

Şair Cəlil Cavanşir:

“Düşünürəm ki, bununla ancaq tədris, təhsil itirəcək. Çünki ədəbiyyat bir fənn kimi, elm sahəsi kimi tədris olunmadığı vaxtlarda da var idi. Gələcəkdə də də keçmişi təkrarlasalar yenə ədəbiyyat var olacaq. Amma ədəbiyyatsız təhsil prosesi yarımçıq olar. Əminəm ki, belə bir addım atılmaz”.

Oğuz 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Barselona"nın Bakıda açılacaq akademiyası ilə bağlı işlərə başlanılıb
13:47 09.07.2025
Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
Hamısı