İntiharlara səbəb olan romanın SİRRİ NƏ İDİ?

Mədəniyyət 13:53 22.02.2024

Selincerin "Çovdarlıqda uçurumdan qoruyan" əsəri son günlər beynimin içində var-gəl edir, gecələr yuxusuz qoyur məni. Əsər o qədər dərin bədii-estetik gücə sahibdir ki, illər keçsə belə o səninlədir. Selincer bu əsəsri yazmayıb yaradıb sadəcə, belə deyərdim. Bu roman dünya ədəbiyyatının şah əsərlərindəndir. "Çovdarlıqda uçurumdan qoruyan" öz çılğınlığı, kreativ görünüşüylə gənclik dönəmini xarakterizə edən şedevr nümunəsidir.

Oxuyanlara da eyni hissləri yaşatdığını dəqiq bilirəm. Bir gənc insanın baxışıyla dünyanı izləyən Selincerin ortaya qoyduğu düşüncə bəşəri duyğularla hesablaşır. İnsan bütün məqamlarda tənhalıqla baş-başa qalır.

"Çovdarlıqda uçurumdan qoruyan" bizim romanımızdı. Bu romanı oxumağımız özümüzü, ətrafımızı, dünyanı, hadisələri qavramağımıza kömək edir. İnsanın saxtalığı, ikiüzlülüyü, yalançılığı əsərin baş qəhrəmanı Holden Kolflidlə üz-üzə qalır. Axı, hamımız eyni anları, eyni hissləri dəfələrlə yaşamışıq. Gördüyümüz, şahid olduğumuz mənzərələri aydınlaşdırmaq bizim üçün qaranlıq qalıb. Hər şeyə gənc, təp-təzə duyğularla yanaşmışıq. Holden Kolflid bu mənada özünü xilas etməyin yollarını axtarır. O, heç yerdə qərar tuta bilmir, onun həyatda istədiyi tək şey olduğu, göründüyü kimi yaşamaqdır.

Biz gənclər bu əsərdə özümüzün gerçək simamızı görürük. Romandakı baş qəhrəman Holden Kolfilid (əsər onun dilindən danışılır) qeyri-adi bir uşaqdır. Neçə dəfə başqa-başqa məktəblərdən qovulur, heç kimi bəyənmir, öz həmyaşıdları ilə tutaşır. Hər kəsin mənfi cəhəti onu yaman əsəbiləşdirir. Hər şeyə fikir verir. Bir sözlə bu uşaq kənardan baxıldıqda özünü sevən, başqa heç kimdən xoşu gəlməyən eqoist bir insan təəssüratı yaradır. Romanın sonunda həmin bu eqoist uşaq-Holden Kolfilid tək-tənha qalır. Yağışlı havada parkdakı stulda əyləşib fikirləşir: "İnanmazdım ki, bir gün tək qalacam və inanmazdım ki, bir gün gələcək zəhləm getdiyi insanlar üçün də darıxacam".

Holden fikirlərinin tənhalığını yaşadığı üçün gedəcək bir yer tapa bilmir.

Əsər qısa zamanda 60 min nüsxə ilə satılıb. Araşdırmalara görə romanı oxuyan amerikalı gənclərdən bəziləri intihar edib. Hətta "Beatles" qrupunun solisti Con Lennonun qatilinin üzərində də bu kitab tapılıb. Təbii ki, "Çovdarlıqda uçurumdan qoruyan" əsəri bir vaxtlar qadağan edilmiş kitablardan idi. Bu əsəri gənclərə, yeniyetmələrə tövsiyyə edərdim. Ancaq bir şərtlə ki, intihar etməyin!

Romandan seçdiklərim:

- Həyat, həqiqətən də, bir oyundur, oğul. Elə bir oyundur ki, gərək, onun qaydalarına tabe olasan.

- Bəli, ser. Mən də bilirəm. Bilirəm ki, belədir. Söz tapıblar da. Oyundur. Yox bir... Yenə güclü olan tərəfə düşsən, bir təhri var, onda, doğrudan da, deyərsən ki, oyundur, mən razı. Bəlkə, o biri, zəif tərəfə düşdün, bəs onda necə olsun? Onda it də getdi, ip də.

Mənə ən çox təsir edən kitab o kitabdır ki, onu oxuyub qurtarandan sonra ürəyində deyəsən ki, kaş bunu yazan mənim çox yaxın dostum olaydı, kefim istəyəndə telefonu götürüb ona zəng vura biləydim.

Holden də elə bir adam idi, şayət dənizdə boğulsaydı və sən də bir qayıq götürüb onu sudan çıxarmaq istəsəydin, yenə də yanındakı qayıqçının kim olduğunu soruşub bilməmiş o qayığa qalxmazdı.

Hətta bir dəfə az qalmışdı qısametrajlı filmə də çəkiləm, amma son anda razılıq vermədim. Fikirləşdim ki, əgər mənim qədər kinoya nifrət eləyən bir adam da kinoya çəkilməyə razılıq verərsə, dünyada bundan eybəcər ikiüzlülük olmaz.

Elə şeylər var ki, onlar necə var, elə qalsa, yaxşıdır. Onları da iri bir şüşə vitrinə qoyub birdəfəlik olduğu kimi saxlasaydılar, çox yaxşı olardı. Özüm də bilirəm, bu mümkün olan iş deyil, amma elə bədbəxtçilik də bundadı.

Ancaq hələ də ümidvaram ki, mən öləndə, ağıllı bir adam tapılacaq və mənim cəsədimi götürüb, çaya-zada tullayacaq. Hara olur-olsun, yalnız bu andıra qalmış qəbiristanlıqdan başqa. Yoxsa, sənin qarnının üstünə gül-çiçək qoymaq üçün hər bazar tökülüb bura gələcəklər. Cəfəng-cəfəng şeylər danışacaqlar. Öləndən sonra gül-çiçək kimin nəyinə lazımdır? Heç kimin.

Oğuz 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Pensiyaların ödənəcəyini tarix açıqlandı
15:20 09.07.2025
ABB tarixində ən yüksək reytinq göstəricisinə nail olub
15:05 09.07.2025
“Ailə mübahisələrində mediasiya institutunun tətbiqinin əhəmiyyəti və beynəlxalq təcrübə” mövzusunda dəyirmi masa keçirilib
14:50 09.07.2025
ABŞ-ın Texas ştatında daşqınlar zamanı 180-dən çox insan itkin düşüb
14:35 09.07.2025
Yardımlı-Deman-Arvana magistralında yenidənqurma işlərinə başlanılıb
14:20 09.07.2025
İtaliyanın Ukraynaya yardımları rəqəmlərlə açıqlandı
14:05 09.07.2025
Türkiyənin xarici işlər və müdafiə nazirləri Pakistanda rəsmi səfərdədir
14:02 09.07.2025
"Barselona"nın Bakıda açılacaq akademiyası ilə bağlı işlərə başlanılıb
13:47 09.07.2025
Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Hamısı