Rusiyanın Xalq artisti Alla Puqaçova 16 ildən sonra ilk dəfə yeni albom buraxıb.
Ednews xəbər verir ki, "P.S." adlı alboma müğənninin 2019-cu ildə Kreml Sarayındakı yubiley konserti zamanı ifa etdiyi 20 mahnı daxildir. Bu, Puqaçovanın 19-cu albomudur.
"P.S."yə Alla yaradıcılığının pərəstişkarlarına məlum olan treklər daxildir: "Не делайте мне больно, господа", "Свеча горела", "Женщина, которая поёт" və "Любовь, похожая на сон".
Müğənninin keçmiş prodüseri Anatoli Lopatin sosial şəbəkələrdə albomun işıq üzü gördüyünü açıqlayıb və bildirib ki, albomdakı bəstələr studiyada yazılmayıb, canlı versiyalarda təqdim olunur.
Qeyd edək ki, Alla Puqaçova əri Maksim Qalkin Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyat başlamasından sonra uşaqları ilə birlikdə ölkəni tərk ediblər.