Kitabxanasını yandıran oxucu, tələbələrindən narazı qalan müəllim... – Kitab Sərgisindən REPORTAJ - FOTOLAR

Mədəniyyət 12:00 02.04.2024

Ednews Oğuz Ayvazın "Elmlər Akademiyası" metrosu yaxınlığındakı Hüseyn Cavid parkında açılan yeni kitab sərgisindən yazdığı reportajı təqdim edir. 

Feysbukda gördüyüm kitab sərgisi ilə bağlı statusu yazın gəlişi kimi sevinclə, xoşbəxtliklə qarşıladım. Çantamı çiynimə keçirib üz tutdum “Elmlər Akademiyası” tərəflərə. Təklif edərdim ki, buranın adını dəyişib “Tələbə yolu” qoysunlar. Nə zaman burdan keçsəm tələbə ordusu ilə üzləşirəm. 

3a6f13b5-4963-4ae0-b258-7f3e49feb429.jpg

Kitab sərgisini gənc yazıçı, naşir Tural İlyas həyata keçirib. Məni köhnə tanışları kimi qarşılayır. Xəfif təbəssüm gəzir üzündə, bir yerdə dayanmır, kitablar onun yoldaşıdır. Kiçik sərgi olsa da kənardan diqqət çəkir. Uzun piştaxtanın üzərində dünya ədəbiyyatından tutmuş yerli ədəbiyyata qədər kitablar var. 

Piştaxtanın ortasında ətriyyatlar, şəkilli albomlar nəzərimə çarpır. Turala üzümü tuturam:

- Ətriyyatlar nə üçün?

- Ətriyyat xoşlayan adam kitaba da maraq salar.

Əli zənbilli qadın ehmalca, bir az da utana-utana kitablara yaxınlaşır. Yanına qısılıram. Onunla eyni hərəkət etməyə başlayıram. Başını azca qaldırıb mənə baxır:

9ee31f43-c937-45b6-b12c-c4757330afbd.jpg

- Hansı kitablara üstünlük verirsiz?

- Daha çox dünya ədəbiyyatı. Alacağım kitabların əksəriyyəti dünya ədəbiyyatından olacaq. Belə kitab sərgilərinin olmağı gözəl hadisədir. Çox sevinirəm. Bu gün də rus ədəbiyyatından bəzi kitablar alacam.

- Azərbaycan ədəbiyyatına niyə üstünlük vermirsiz?

- Məktəb vaxtlarında öz ədəbiyyatımızdan xeyli əsərlər oxumuşam.

5d6aee21-addf-4d2b-aa73-7312845f3bc4.jpg

- Bəs bizim müasir yazarlardan?

- Onları tanımıram, nəyimə gərək...

- Niyə? 

Qadın başını kitablara çevirib cavab verməməyi seçir. 

84cf0c23-47d5-4223-830c-7ba6ed9a587e.jpg

Adamlar gah çoxalır, gah da azalır. Kitab satanlar sərginin ilk günündən elə də razı deyillər. Kitab alan azdır, oxucu tapılmır, deyirlər. Böyük eynəkli, pırtlaşıq saçlı bir kişi peyda olur. Elə bil Sindibadın lapmasından çıxdı. Ətrafa göz gəzdirə-gəzdirə kitablara qarışdı. 

- Ağsaqqal, olar sizi?

- Nəyə görə?

- Kitabla bağlıdır.

cec4773e-9a70-4ac3-acc9-91bc51d79b66.jpg

- Hə, buyur.

- Axırıncı hansı kitabı oxumusunuz?

- Vallah yadıma düşmür. Mənim böyük bir kitabxanam olub. 5 min kitabımı yandırmışam. 

- Repotajın başlığı gəldi. Nəyə görə yandırdız?

9664e2b8-aea3-4592-bba2-55e1a935191c.jpg

- Evim balaca idi, dolana bilmirdik, ona görə də yandırdım. 

- Niyə kitabları qonum-qonşuya, tanışlara paylamadınız?

- Heç kəsi tanımırdım.

Ağsaqqalın danışdığı əhvalat məni kədərləndirir. Gözümün qarşısında kitab sərgisinin alovların içində qaldığı canlanır. Xəyalımdakı yanğını tezliklə söndürürəm. 

55886ac8-9b2d-4f21-8f05-d2b177fab9cd.jpg

Müşahidələrimdən iki təbəqənin insanları kitaba maraq göstərir. Gənclər və qocalar. 

Gənclərə yaxınlaşıram. Əlllərində kitablar var.

- Kitablar baha deyil ki?

- Yox, qiymətlərdən razıyıq, həm də endirim olması bizi sevindirdi.

- Bəs, sərgi haqda nələr düşünürsüz?

- Kitablar çox olsa, biz də çox inkişaf edərik.

e4743197-9c16-4377-b356-0a10b2a09194.jpg

Gənclərin arxasında boz saçları olan, uzun plyaş geyinən, sanki Sovet dövrünün zaman tunelindən çıxıb gələn kişi diqqətlə bizi izlədiyini görürəm.

Özü yaxınlaşır və dilə gəlir:

“Birinci növbədə Allaha, daha sonra valideynlərimə və müəllimlərimə borcluyam. Kitab oxumağa həmişə vaxt ayırıram. Mənə elə gəlir ki, kitab insanı daha çox ünsiyyətcil edir. İnsanın ensiklopedik dünyagörüşünün formalaşmasında kitabın rolu böyükdür”.

- Ən son hansı kitabı oxumusunuz?

- Bəxtiyar Vəhabzadənin “Axı dünya fırlanır” əsəri və Səməd Vurğunun “Komsomol” poeması.  

- Ümumiyyətlə, cəmiyyətimizdə kitaba maraq niyə azdır?

3916cc98-5e25-46e2-b67d-971a494177ec.jpg

- Səbəbi cəmiyyətdə şəxslərin pis şeylərə aludə olmalarıdır. Siqaret çəkən gənc necə gedib kitab oxuyacaq? Enerji içkiləri içən qızın beyni necə düşünəcək? Bütün bu məsələlər həllini tapmasa kitab oxuyan cəmiyyət olmayacağıq. 

- Siz deyəsən, müəllimisiniz...

- Bəli, Bakı Dövlət Universitetində.

- Tələbələrinizdən razısınız?

- Yox razı deyiləm, heç biri oxumur.

c827e8d6-d523-4b64-8b5a-4e3fa30222d1.jpg

Kitab sərgisi davam edir. Tural İlyası gözüm axtarır. Sərgi nə zamana kimi davam edəcək?

- Proses oxuculardan asılıdır. Əgər onların marağı davam eləsə kitab sərgisi də davam edəcək.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı