Ermənilər Azərbaycana məxsus daha bir musiqini oğurlayıb.
Ednews xəbər verir ki, ermənilər dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasını öz musiqiləri kimi təqdim ediblər.
Hətta həmin musiqi erməni pianoçu Hayk Melikyan tərəfindən Paris Operasında ifa olunub. Musiqinin adını “Vaqarşapet rəqsi” qoyublar.
Ermənilər iddia edir ki, bu musiqini 1947-ci ildə Arno Babacanyan yazıb. Qeyd edək ki, 2019-cu ildə də Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasının musiqisinin bir hissəsi erməni bəstəkarı Arno Babacanyan tərəfindən mənimsənilmişdi. O zaman da “Vaqarşapet rəqsi” kimi təqdim edilmişdi.
Sözügedən video görüntüləri təqdim edirik: