90 yaşlı Azərbaycan Yazıçılar Birliyinin sədrləri - SİYAHI

Mədəniyyət 09:30 13.06.2024

Bu gün Azərbaycan Yazıçılar Birliyi 90 yaşına qədəm qoyur. Azərbaycan Yazıçılar Birliyi 1934-cü il iyunun 13-də Bakıda Azərbaycan yazıçılarının I qurultayında yaradılıb.

Ednews AYB-in keçmiş sədrləri haqqında bioqrafik mətni təqdim edir:

1934 – 1936 Məmmədkazım Ələkbərzadə:

Cəmi 33 il ömür sürən M. Ələkbərzadə AYB-nin ilk rəhbəri sayılır. O, 1905-ci il yanvarın 24-də Dərbənd şəhərində anadan olub. M. Ələkbərzadə 1923-1927-ci illərdə APİ-nin dil və ədəbiyyat fakültəsində, Moskvada Qırmızı Professorlar İnstitutunda (1930-1934) təhsil alıb. ADU-nun rektoru, müxtəlif illərdə AYİ idarə heyətinin sədri, Azərbaycan KP MK yanında ”Kommunist” nəşriyyatının direktoru, “Ədəbiyyat qəzeti”, “Bakinski raboç”, “Vışka” qəzetlərində baş redaktor olub. 1938-ci ildə isə repressiya məruz qalıb.

1936 – 1938 Seyfulla Şamilov

Seyfulla Şamilov 1936-cı ildə AYB-yə rəhbərlik edib. Lakin bundan əvvəl o, 1932-ci ildə Azərbaycan proletar Yazıçılar Birliyi Təşkilat Komitəsinin sədri olub. Daha sonra bu orqan “Azərbaycan Yazıçılar İttifaqı” adlanır və S. Şamilov onun ilk sədrlərindən olur. Partiya məktəbinin yetirməsi olan S. Şamilov nasir, tənqidçi olmaqla yanaşı jurnalist kimi də “Gənc işçi”, “Ədəbiyyat qəzeti”, “İnqilab və mədəniyyət” qəzetlərinin də məsul redaktoru olub.

1938 – 1939 Rəsul Rza

Rəsul Rza AYB-yə ən çətin vaxtlarında ona rəhbərlik edib. Onun rəhbərlik müddəti 1938-39-cu illərə düşür.

1941 – 1944, 1945 – 1948 Səməd Vurğun

Şair, dramaturq, tərcüməçi, tənqidçi, ədəbiyyatşünas, publisist, ictimai xadim, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, iki dəfə SSRİ Dövlət mükafatı laureatı (1941-1942), Azərbaycan EA həqiqi üzvü (1945), Azərbaycanın Əməkdar İncəsənət xadimi (1943), filologiya elmləri fəxri doktoru (1956), Azərbaycanın Xalq şairi (1956). AYB-nin sədrlərindən biri də məhz bu fəxri adların daşıyıcısı olan Səməd Vurğundur.

1944 – 1945, 1954-1958 Süleyman Rəhimov

İlk xalq yazıçısı olan Süleyman Rəhimov təşkilata 1944-45-ci illərdə rəhbərlik edib. S. Rəhimov bu vəzifəyə gəlməmişdən qabaq Mərkəzi Komitədə təbliğat və təşviqat şöbəsinin rəhbəri kimi çalışıb.

1948 – 1954 Mirzə İbrahimov

M.İbrahimov 1970-86-cı illərdə də fasilələrlə AYB İdarə Heyətinin sədri və katibi kimi çalışıb.

1958 – 1965 Mehdi Hüseyn

1958-ci ildən vəfat etdiyi günə, yəni 1965-ci ilə qədər Birliyə rəhbərlik edib. Onun rəhbərlik müddətində ədəbiyyatda yeni “60-cılar nəslinin“ gəlişi və yaradıcı inqilabla xarakterizə olunur.

1975 – 1981 İmran Qasımov

1918-ci il noyabrın 25-də Bakıda anadan olub. ADU-nun filologiya fakültəsində, Moskvada kino-ssenaristlər şöbəsinin rəisi, Azərbaycan Nazirlər Soveti yanında Kinematoqrafiya nazirinin biricni müavini, Azərbaycan Yazıçılar İttifaqında dramaturgiya üzrə məsləhətçi (1953-1954), "Literaturnıy Azerbaydjan" jurnalının baş redaktoru (1954-1956), Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin biricni katibi (1975-1981) vəzifələrində çalışıb.

Lenin ordeni, "Qırmızı əmək bayrağı", "Şərəf nişanı" ordenləri, SSRİ medalları və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltiıf edilib. "Uzaq sahillərdə" (1954), "İllər keçir" (1968), "Fransız qobeleni (Yol qeydləri)" (1970), "İtaliya mozaikası" (1972) və s. kitabların müəllifidir.

1986 – 1987 İsmayıl Şıxlı

"Ayrılan yollar" (1957), "Dəli Kür" (1968), "Xatirəyə dönmüş illər" (1980), "Məni itirməyin" (1984), "Daim axtarışda" (1988) və s. kitabların müəllifi bir müddət Azərbaycan Yazıçılar İttifaqının katibi (1965-1968), “Azərbaycan” jurnalında baş redaktor (1976-1978), Azərbaycan Yazıçılar İttifaqının birinci katibi (1981-1987), SSRİ Yazıçılar İttifaqının katibi (1981-1987) olub. Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri (1991)seçilib. 

1987 - Anar

Anar ilk dəfə 1987-ci ildə Birliyə sədr seçilir.  Daha sonra 1991, 1997, 2004-cü illərdə təkrarən sədr kimi nümayəndələrin etimadını qazanır. 2022-ci ildə sonuncu XIII qurultayda isə yazıçı növbəti dəfə bu posta layiq görülür. Hal-hazırda da Anra sədr kimi vəzifəsini icra edir.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı