Ötən gün ölüm xəbəri yayılan aktyor Azər Baxşəliyevin vəziyyəti stabil ağır olaraq qalır.
Bu barədə "EDnews"-a Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat katibi Günel Aslanova məlumat verib.
O, bildirib ki, aktyor süni tənəffüs aparatına qoşulub, vəziyyəti ağırdır.
Qeyd edək ki, aktyor uzun müddət böyrək çatışmazlığından əziyyət çəkirdi. Ötən gün onun ölüm xəbəri yayılmışdı.