Ədbiyyatşünas alim, tənqidçi İradə Musayeva dünyasını dəyişib.
Bu barədə "EDnyus"-a onun yaxınları məlumat verib.
Uzun zamandır xərçəng xəstəliyindən əziyyət çəkən tənqidçi Türkiyədə əməliyyat olunsa da, nəticə verməyib.
İradə Əyyub qızı Musayeva Ağdam şəhərində anadan olub. BDU-nun filologiya fakültəsini bitirib. Filologiya üzrə fəlsəfə doktorudur.