UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının təşəbbüsü və dəstəyi, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq qərarı ilə görkəmli aşıq Ələsgərin vəfatının 100 illik yubileyi UNESCO-nun 2026–2027-ci illər üzrə qeyd ediləcək tədbirlər proqramına daxil edilib.
“EDnews” xəbər verir ki , bunu UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Seymur Fətəliyev “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir” və ya “Azərbaycan əraziləri haqqında etno-coğrafi hay-erməni hiylə və fitnələr”i mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
O bildirib ki, bu məsələ UNESCO-nun İcraiyyə Şurasının 2025-ci ilin aprel ayında keçirilmiş 221-ci sessiyasında müzakirə edilərək təsdiqlənməsi bütün nailiyyətlərdəndir:
“Əminəm ki, Aşıq Ələsgərin vəfatının 100 illiyinin 2026-cı ildə UNESCO səviyyəsində qeyd olunması prosesində dövlət qurumlarımız yanaşı, Qərbi Azərbaycan icmasının nümayəndələri də iştirak edəcək, xalqımızın zəngin mədəniyyətinin dünya ictimaiyyətinə layiqincə tanıdılmasına dəyərli töhfələrini verəcəklər”.
Fatimə Mərdanlı //EDnews