Botanika İnstitutunun Ali bitkilərin sistematikası və filogeniyası şöbəsinin müdiri professor Aydın Əsgərovun “Azərbaycan florasının Səhləbkimiləri (Orchidaceae Juss.)” kitabı çap olunub.
“EDnews” xəbər verir ki , kitab Azərbaycan Respublikasının səhləbkimilər fəsiləsinin növdaxili sistematikasına aiddir. Əsərdə Azərbaycanın yabanı florasında yayılan 5 yarımfəsilə, 4 tribaya, 9 seksiyaya toplanan 22 cinsə aid 55 növ, 10 yarımnöv və 5 hibrid mənşəli növlərin sistematik, morfobioloji və ekocoğrafi təhlili öz əksini tapıb. Cins və növlərin təyinedici açarları ilə yanaşı, hər bir taksonun müasir nomenklaturu, morfoloji səciyyəsi, Azərbaycanda yayılması, coğrafi tipləri, orijinal fotoşəkilləri, eləcə də nadir və itmə təhlükəsində olan növlərin xüsusiyyətləri verilib.
Kitab biologiya və ekologiya sahəsində, xüsusən, ali bitkilərin sistematikası və filogeniyası sahəsində çalışan mütəxəssislər və ali məktəb tələbələri üçün nəzərdə tutulub.
Fatimə Mərdanlı //EDnews