Qubada “Qoruqlar və muzeylər– keçmişdən gələcəyə körpü” mövzusunda simpozium keçiriləcək.
“EDnews”xəbər verir ki, III Quba Simpoziumu oktyabrın 3-4-də Soyqırımı Memorial Kompleksində təşkil ediləcək.
Simpoziumda qoruq və muzey işinin inkişafı, abidələrin mühafizəsi, bələdçilik və insanlarda qoruq və muzeylərə marağın artırılması istiqaməti üzrə mütəxəssislər və maraqlı tərəflər iştirak edəcəklər. Tədbirdə qoruq və muzeylərin təkcə tarixi qorumaq üçün deyil, həm də onu cəmiyyətə ötürmək və gələcək nəsillərə çatdırmaq üçün vacib platforma olduğu diqqətə çatdırılacaq.
Fatimə Mərdanlı //EDnews