“ARB Günəş” televiziyasının “Səma qəhrəmanları” adlı yeni layihəsi ictimaiyyətə təqdim ediləcək.
“EDnews” xəbər verir ki, yeni klip “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (AZAL) məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğrayan “Embraer 190” tipli sərnişin təyyarəsində həlak olan Milli qəhrəmanlar - kapitan-pilot İqor Kşnyakin, ikinci pilot Aleksandr Kalyaninov, baş stüardessa Hökumə Əliyevaya və sərnişinlərin xatirəsinə həsr olunub.
Sözləri Baba Vəziroğluna, musiqisi Sevinc Tofiqqızına məxsus mahnını İqor Kşnyakinin qızları Anastasiya və Darya Kşnyakinalar ifa ediblər. Layihənin rəhbəri Məhsim Məhsimov, quruluşçu rejissoru Vüsal Məmmədov, quruluşçu operatoru Azər Sultanov, prodüseri Çimnaz Şixverdiyeva, ssenari müəllifi Məmməd Məmmədəliyevdir.
Çəkilişlər Heydər Əliyev adına Beynəlxalq Hava Limanında, İqor Kşnyakinin evində və paytaxtın müxtəlif ərazilərində aparılıb.
Ekran işinin mayın 19-u, İqor Kşnyakinin anadan olmasının 63-cü ildönümündək ictimaiyyətə təqdim olunması nəzərdə tutulub.
Fatimə Mərdanlı //EDnews