Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov mayın 19-da Qazax şəhəri Cümə, Qazax rayonu Çaylı kəndi “Səxavət” məscidləri və Qazax rayonu, Aslanbəyli kəndindəki Hacı Mahmud Əfəndi türbəsinin fəaliyyəti ilə tanış olub.Dini icmalar və müxtəlif konfessiyalar arasında qarşılıqlı etimadın dərinləşməsinin, həmrəyliyin möhkəmləndirilməsinin dövlət maraqları və ictimai mənafelər baxımından vacib əhəmiyyətə malik olduğunu qeyd ediblər.
Bu barədə EDnews-a Dini Komitədən məlumat verilib.
Dövlət Komitəsinin sədri din xadimlərinin fəaliyyətinin ölkədə mövcud olan tolerantlıq mühitinin inkişaf etdirilməsində mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, İslam dininin əsaslarının cəmiyyətə çatdırılmasında, dindən destruktiv məqsədlər üçün istifadə olunmasının qarşısının alınmasında din xadimləri fəal olmalı, mənfi tendensiyalara qarşı mübarizəyə, ideoloji sahədə aparılan maarifləndirmə işlərinə öz töhfələrini verməlidirlər .
Din xadimləri dövlətin dini-mənəvi dəyərlərin qorunması və təşviqi sahəsində atdığı addımları, eyni zamanda dini maarifləndirmənin genişləndirilməsi və multikultural dəyərlərin təbliği istiqamətində həyata keçirdiyi layihələri dəstəklədiklərini vurğulayıblar.
Mədinə Məmmədova//Ednews