Əfqanıstanın şərqindəki Laqman əyalətinin Əlinqar rayonunda yerli hakimiyyət orqanları əhalidən müsadirə olunmuş musiqi alətlərini yandırıblar.
“EDnews” xəbər verir ki, bayram tədbirləri zamanı ələ keçirilən yüzdən çox zərb aləti və gitara yandırılıb.
Mənbələrin məlumatına görə, son bir neçə ay ərzində müxtəlif bayram tədbirlərindən ən azı 109 musiqi aləti toplanıb və sonradan yandırılıb. Tədbir "Taliban" hərəkatı hakimiyyətə gəldikdən sonra ölkədə mövcud musiqi qadağası çərçivəsində keçirilib.