Tbilisidə yerləşən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində bir sıra nəşrlərin ədəbi-bədii təqdimat mərasimi keçirilib.
EDnews xəbər verir ki, tədbir Mirvarid Dilbazi Poeziya Toplusu tərəfindən təşkil olunub. Tədbirdə Gürcüstanda yaşayan azərbaycanlı ziyalılar, məktəblilər, ictimaiyyət nümayəndələri və mədəniyyət xadimləri iştirak ediblər.
Təqdimat çərçivəsində Azərbaycanın milli-mədəni irsinin simvollarından olan kəlağayıların sərgisi də keçirilib. Ənənəvi qadın baş örtüyü olan kəlağayıların sərgisi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Milli ruhun qorunub saxlanması baxımından sərgi iştirakçılarda dərin təəssürat yaradıb.
Tədbir Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin daha da möhkəmləndirilməsinə xidmət edən mühüm addımlardan biri kimi qiymətləndirilib.
Fatimə Şükürova // EDnews