"Eurasia Diary" -ə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə, ABŞ-ın Los-Anceles şəhərində müvafiq poçt markası buraxılıb.
Məlumata görə, ABŞ-ın Federal Poçt Xidməti tərəfindən təsdiq olunmuş və bütün ölkə ərazisində istifadə gücünə malik poçt markasının üzərində Azərbaycan bayrağı əks etdirilib və Bakı şəhərinin müasir görünüşü fonunda “Azərbaycan: Müstəqilliyin 25 İlliyi (1991-2016)” sözləri qeyd edilib.
Qeyd edək ki, Markanın buraxılması Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyi ilə baş tutub.
Belə ki, Baş Konsulluq markanın ABŞ-da geniş şəkildə yayılmasını planlaşdırır.