"Eurasia Diary" xarici KİV - ə istinadən xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə görüşündə deyib ki, "Belarus Avropa Oyunları keçirərkən, Azərbaycanın təcrübəsindən yararlanacaq."
Belə ki, A.Lukaşenko bildirib ki, bu təcrübə onlara çox lazımdır. Amma o, ilk Avropa Oyunlarını təşkil etmiş Azərbaycanı heç kimin keçə bilməyəcəyini vurğulayıb: "Dostum, Azərbaycan Prezidenti İlham Əliyev elə bir yüksək səviyyə müəyyən edib ki, ötüb keçmək heç kəsə müyəssər olmayacaq”.
Xatırladaq ki, II Avropa Oyunları 2019-cu ildə Minskdə təşkil olunacaq.