"Eurasia Diary" analitik informasiya portalı dünyaca məşhur Çin mütəfəkkiri Konfutsinin adını daşıyan institutun Bakı Dövlət Universitetində yerləşən bölməsində özəl çəkiliş aparıb.
Konfutsi İnstitutu xaricdə çin dilinin yayılması üçün Çin Dövlət Komitəsi tərəfindən yaradılmış Çin mədəniyyət və təhsil mərkəzidir.
Konfutsi İnstitutunun missiyası - çin dilinin başa düşülməsi, Çin mədəniyyətinin bütün dünyada təbliğ edilməsi və Çinlə digər ölkələr arasında dostluq münasibətlərini inkişaf etdirməkdir. İlk Konfutsi İnstitutu 2004-cü ildə Koreya Respublikasının paytaxtı Seulda açılıb. Çin dilinin yayılması üzrə Beynəlxalq Şuranın hesablamalarına görə, artıq dünyada 40 milyon insan çin dilini öyrənir. Sazişə əsasən, Anhoy Universiteti bu İnstituta hər il Çin dili və mədəniyyəti üzrə yüksək səviyyəli mütəxəssislər göndərəcək, onu dərslik və dərs vəsaitləri, audiovizual materiallarla təmin edəcək. Bundan başqa, Konfutsi İnstitutunun tələbələri hər il Anhoy Universitetində təcrübə keçəcəklər. Mütəxəssislər hesab edirlər ki, bu İnstitut iki ölkə xalqlarının dostluq əlaqələrinin möhkəmlənməsinə və əməkdaşlığın dərinləşməsinə təkan verəcək.