BMT-nin Baş katibi tekstil sənayesinin ətraf mühitə vurduğu ziyanın qarşısını almağa çağırıb

Ekologiya 11:14 28.03.2025

BMT-nin Baş katibi Antonio Quterreş, martın 30-da qeyd ediləcək Beynəlxalq Sıfır Tullantı Günü ərəfəsində tekstil sənayesinin ekologiyaya vurduğu ziyanın aradan qaldırılması ilə bağlı üzv dövlətlərə müraciət edib. 

"EDnews"-un məlumatına görə, BMT-nin rəhbəri sürətli modanın ekoloji fəlakəti sürətləndirdiyini və hər saniyə bir zibil maşınına bərabər geyimin atılmasını xəbərdarlıq edib.

Quterreş, tekstil sənayesinin dünyanın ən çirkləndirici sahələrindən biri olduğunu və qlobal istixana qazı emissiyalarının səkkiz faizinin bu sənayenin payına düşdüyünü vurğulayıb. Həmçinin, bu sənaye hər il 215 trilyon litr su istehlak edir ki, bu, 86 milyon olimpiya ölçülü üzgüçülük hovuzuna bərabərdir. Sənaye, minlərlə zərərli kimyəvi maddə istifadə etməklə ekosistemlərə və insan sağlamlığına ciddi təhdidlər yaradır.

BMT rəhbəri, həmçinin, son dövrlərdə moda sənayesinin dövrü istehsal və istehlak prinsiplərindən uzaqlaşaraq, istifadə olunmuş geyimləri qısa müddət ərzində tulladığını və bunun qlobal israfçılıq böhranını daha da dərinləşdirdiyini vurğulayıb. O, insanları və biznesləri davamlı inkişaf prinsiplərinə riayət etməyə və təkrar emalı təşviq etməyə çağırıb.

Quterreş, tullantılarla mübarizənin yalnız moda sənayesi ilə bitmədiyini, qlobal miqyasda israfın idarə olunmadığı ərazilərdə milyonlarla insanın həyatını zəhərləyərək sağlamlıq təhlükələri ilə üzləşdiyini qeyd edib. O, bu vəziyyətin çirklənməni və biomüxtəlifliyin itkisini gücləndirdiyini, həmçinin, insanların yaşayış şəraitini pisləşdirdiyini bildirib.

BMT Baş katibi, hökumətləri sıfır tullantı təşəbbüslərini dəstəkləməyə, müəssisələri resursların səmərəliliyini artırmağa, istehlakçıları isə ekoloji cəhətdən məsuliyyətli seçimlər etməyə təşviq etməyə çağırıb. O, yekunda bütün dünya cəmiyyətini birləşərək təbiəti təmizləmək və daha sağlam, davamlı bir dünya qurmaq üçün birlikdə çalışmağa dəvət edib.

Şəms Qasımlı // EDnews

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
"Netanyahu sizi buna inandırmağa çalışır"
20:27 07.07.2025
Niyə kökəlirik?
19:54 07.07.2025
Hamısı